
Depressiyanın gözlənilməz səbəbi: Qidalanma səhvləri
Sağlam qidalanmaya yanlış yanaşma depressiya da daxil olmaqla gözlənilməz nəticələrə səbəb ola bilər.
Sağlam qidalanmaya yanlış yanaşma depressiya da daxil olmaqla gözlənilməz nəticələrə səbəb ola bilər.
Gundem.today "Abzats" nəşrinə istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina danışıb.
Onun sözlərinə görə, rasion balanssız olduqda hətta sağlam qidalar belə hər zaman faydalı olmur.
"Əgər rasionda qida lifləri çatışmırsa, hətta super sağlam hesab olunan balıq, kəsmik və ya kefir belə depressiyaya səbəb ola bilər. Çünki faydalı bakteriyalar ac qaldıqda çoxala bilmir", - deyə o bildirib.
Mütəxəssisin sözlərinə görə, əsas səbəb bağırsaq mikroflorasının vəziyyətində gizlənir. Faydalı bakteriyalar lifə ehtiyac duyur. Lif çatışmadıqda onlar zəifləyir və bu, orqanizmdə iltihabi proseslərin yaranmasına səbəb ola bilər. Bu isə öz növbəsində beyin fəaliyyətinə mənfi təsir göstərir.
Yelena Solomatina əlavə edib ki, şəkərli və emal olunmuş qidaların həddindən artıq qəbulu zərərli bakteriyaların çoxalmasına səbəb olur. Bu bakteriyalar orqanizmin normal fəaliyyətinə mane olur, maddələr mübadiləsini və əhvali-ruhiyyəyə təsir edən vacib maddələrin ifrazını pozur. Nəticədə insan zahirən "düzgün" görünən qidalanmaya baxmayaraq, psixoemosional vəziyyətinin pisləşməsi ilə qarşılaşa bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranın Qum və Urmiya şəhərlərinə raket zərbələri: Ölənlər var
İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı altı dinc sakin həlak olub.
DünyaYeni Qvineyada güclü zəlzələ oldu
Sakit okeanın Yeni Qvineya adası sahillərində 5.9 maqnitudalı zəlzələ baş verib.
DünyaDonald Trampın imzası ABŞ dollarının üzərində yerləşdiriləcək
ABŞ-nin Maliyyə Nazirliyi ölkənin yaranmasının 250 illik yubileyi münasibətilə yeni planını təqdim edib. Belə ki, milli valyuta olan ABŞ dollarının üzərində hazırkı Prezident Donald Trampın və maliyyə naziri Skott Bessentin imzaları yerləşdiriləcək.
Dünya"Snapchat" hədəfdə: Avropa Komissiyası araşdırmaya başladı
Avropa Komissiyası (AK) rəqəmsal məkanda azyaşlıların təhlükəsizliyinə dair Avropa qanunlarının pozulması ehtimalı ilə əlaqədar "Snapchat" sosial şəbəkəsinə qarşı rəsmi araşdırmaya başlayıb.