
"SOCAR Trading": "BTC regionda daha təhlükəsiz və dəyərli ixrac marşrutudur"
"Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri region üçün daha təhlükəsiz və dəyərli ixrac marşrutudur".
"Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri region üçün daha təhlükəsiz və dəyərli ixrac marşrutudur".
Gundem.today "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR Trading" şirkətinin kommersiya məsələləri üzrə direktoru Tağı Tağızadə Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.
Onun sözlərinə görə, kəmərin üstünlüyü bir sıra mühüm amillərlə bağlıdır:
"Boğazlar, neftin keyfiyyəti, daşınma müddəti, nəqliyyat xərcləri, qiymət formalaşması və sığorta xərcləri kimi amillər BTC-ni region üçün daha təhlükəsiz və dəyərli ixrac marşrutuna çevirir. Qazaxıstanlı həmkarlarımız haqlı olaraq bildirir ki, onlar üçün nəqliyyat xərcləri təxminən 90 dollar civarındadır. Bu isə Xəzər dənizi vasitəsilə daşınma, ölkə daxilində nəqliyyat və sonda Ceyhan limanına çatdırılma kimi mərhələlərlə bağlıdır. Bütün bu çətinliklərə baxmayaraq Qazaxıstan üçün BTC marşrutu mövcud alternativlərlə müqayisədə yenə də cəlbedici sayılır. Hazırda əsas məsələ həcmlərin artırılmasıdır".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyat"SOCAR Trading" rəsmisi: "Dünya "super dövr" adlandırıla biləcək mürəkkəb mərhələdən keçir"
"Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır".
İqtisadiyyatAzərbaycan nefti bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.
İqtisadiyyatSOCAR-la Çinin BGP şirkəti arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib
Aprelin 22-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Çinin BGP şirkətinin İdarə Heyətinin sədri və icraçı direktoru Ren Vencunla görüşüb.
İqtisadiyyatTerrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni cərimələyib.