Son dəqiqə
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEOSEPAH ABŞ-yə ultimatum verdiHindistanda zənciri qopan fil mərasim zamanı dəhşət saçdı: Ölən var - VİDEOSöküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi - FOTOİranda etiraz aksiyalarının iştirakçısı edam edildiLeyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Söküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi - FOTO
Söküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi - FOTO
Cəmiyyət

Söküntü dalğası fürsətə çevrilir - Bakıda "Xruşşovka" ovuna çıxanların yeni qazanc sxemi - FOTO

Bu gün
15:00
0 baxış
Paylaş:

Bakının siması yeniləndikcə, sovet dövründən miras qalan və istismar müddətini başa vurmuş "xruşşovka"ların taleyi daşınmaz əmlak bazarının ən çox müzakirə olunan mövzusuna çevrilir. Şəhərin yeni Baş Planına əsasən, qarşıdakı illərdə bu qəzalı binaların mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Lakin bəzi işbazlar və investorlar gələcək söküntü zamanı tikinti şirkətlərindən daha böyük kompensasiya, əlavə yaşayış sahəsi, təmir və kirayə pulu qoparmaq ümidi ilə kütləvi şəkildə bu cür köhnə mənz

Bakının siması yeniləndikcə, sovet dövründən miras qalan və istismar müddətini başa vurmuş "xruşşovka"ların taleyi daşınmaz əmlak bazarının ən çox müzakirə olunan mövzusuna çevrilir. Şəhərin yeni Baş Planına əsasən, qarşıdakı illərdə bu qəzalı binaların mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Lakin bəzi işbazlar və investorlar gələcək söküntü zamanı tikinti şirkətlərindən daha böyük kompensasiya, əlavə yaşayış sahəsi, təmir və kirayə pulu qoparmaq ümidi ilə kütləvi şəkildə bu cür köhnə mənzilləri almağa başlayıblar. Nəticədə, "xruşşovka"ların qiymətində kəskin artım müşahidə edildiyi bildirilir.

Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"İş adamları qazanc əldə etməyə çalışırlar"

Əmlak bazarı üzrə ekspert Anar Nəsirovun sözlərinə görə, Bakı şəhərinin Baş Planına əsasən, bəzi ərazilərdə istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların, eləcə də kvartalların söküntüsü həyata keçirilir. Söküntü zamanı sakinlər kirayə pulu ilə təmin edilir və onların yaşadıqları evlər tikinti şirkəti ilə qarşılıqlı razılaşma əsasında sökülür: "Evləri söküntüyə düşən vətəndaşlar bu prosesdən xeyli əlavə qazanc əldə edirlər. Birincisi, köhnə binanın əvəzinə onlara 24 saat daimi suyu, qazı, işığı və müasir liftləri olan, yeni standartlara cavab verən binalarda mənzil verilir. İkincisi, məsələn, 50 kvadratmetr sahə sökülürsə, şirkətlə razılaşma əsasında mülkiyyətçiyə əlavə kvadratmetrlər təklif olunur. Üçüncüsü, vətəndaş ya təmir pulunu alıb mənzili özü təmir edir, ya da şirkətdən tam təmirli ev alır".

A.Nəsirovun fikrincə, buna görə alıcıların "xruşşovka"lara marağı artıb. Hazırda söküntüyə gedən əksər binaların sakinləri tikinti şirkətlərindən əlavə kvadratmetr əldə etməyə çalışırlar: "Mərkəzə nisbətən yaxın ərazidə yerləşən 3 otaqlı "Xruşşovka" layihəli ev bu gün 190-200 min manata satılırsa, bina söküntüyə düşdüyü halda əvəzində verilən yeni mənzilin dəyəri təqribən 300 min manata yaxın olur. Bu gün 1-3 mərtəbəli həyət evləri azaldığından, tikinti şirkətləri yeni bina inşa etmək üçün artıq 4-5 mərtəbəli binaları da sökürlər. Bunu bilən bəziləri həmin binalardan mənzil alaraq qazanc əldə etməyə çalışırlar. Onlar bu proseslərdə təcrübəli olduqları üçün tikinti şirkətləri ilə əlaqəyə çıxır, bina təhvil verilənədək həm yüksək kirayə haqqı, həm də əlavə kvadratlar almağı bacarırlar. Beləliklə, qazanclarını daha da artırırlar. Ümumilikdə, əlavə kirayə pulu, təmir xərcləri və əlavə kvadratmetrlər hesablandıqda, söküntüdən əldə edilən xalis qazanc mənzilin ilkin dəyərinin 35-60%-ni təşkil edə bilir. Bütün bunlara görə də vətəndaşların "xruşşovka"lara marağı kəskin artıb".

"Ev sökülsə də, sökülməsə də dəyəri artır"

Ekspert bildirdi ki, evi bir dəfə söküntüyə düşüb bunun bəhrəsini görənlər gələcəkdə plana düşə biləcək mənzilləri hədəf seçirlər. Həmin evləri alıb sökülənə qədər kirayəyə verirlər, söküntü başladıqda isə əlavə imtiyazlar alaraq prosesdən qazanclı çıxırlar: "Belələrinin çox olması avtomatik olaraq 1-5 mərtəbəli köhnə evlərin qiymətlərində bahalaşma yaradıb. Hazırda bu investisiyanın heç bir riski yoxdur. Azərbaycanda hər il əmlak bazarında müvafiq faiz dərəcəsində qiymət artımı müşahidə olunur, alınan əmlak riskli hesab edilmir. Söküntüyə gedən evləri alanlar da bunu yaxşı bilirlər. Çünki bina bu il sökülməsə belə, gələn ilə qaldıqda əmlakın dəyəri müəyyən qədər artacaq. Söküntü reallaşdıqda isə qazanc qat-qat çox olacaq".

"Xruşşovka"ların qiyməti daha ucuz olmalıdır"

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə düşünür ki, "xruşşovka"ların qiymətindəki artım realdır, lakin bu tendensiya heç də təqdim olunan qədər şişirdilmiş səviyyədə deyil: "Qiymət artımı daha mərkəzdə və mərkəzə yaxın ərazilərdə yerləşən binalardadır. "Xruşşovka"ların qiymətlərindəki artım ümumi bazar tendensiyasından irəli gəlir. Lakin bir çox hallarda gəzən şayiələrə aldanıb kompensasiya əldə etmək məqsədilə investorların bu istiqamətdə axını da süni qiymət artımına səbəb olur. Söküntü zamanı verilən kompensasiya məbləğləri çox vaxt investorun gözləntilərini doğrultmur. Gözlənilən məbləği ala bilməyən və mənzilini sata bilməyən investor iflasa uğraya, evi dəyər-dəyməzinə satıla bilər. Əslində, satışında və ipoteka predmeti kimi çıxış etməsində məhdudiyyətlər olduğuna görə "xruşşovka"ların qiyməti digər layihələrdən daha ucuz olmalıdır".

V.Orucun fikrincə, bütün "xruşşovka"ların qiymətinin artacağını düşünərək spekulyasiyaya uymaq və söküntü zamanı yüksək kompensasiya əldə etmək məqsədilə əvvəlcədən bu binalardan mənzil almaq kifayət qədər risklidir: "Çünki istismar müddəti bitməsinə baxmayaraq, texniki vəziyyəti hələ də normal olan binaların sökülməyəcəyini də ehtimal etmək lazımdır. İnvestor müəyyən bir binadan mənzil alıb onun sökülməsini illərlə gözləyə bilər. Bu, yüz faizlik zəmanətli investisiya deyil. Söküntü olmazsa, həmin tikililərin satışı heç də asan deyil".

"Qiymət artımı bazar prinsiplərinə tam uyğundur"

Sədrin sözlərinə görə, əmlakın qiymətini bazar müəyyən edir. Bəzə

#Cəmiyyət#Bakıda_söküntü_işləri#Mənzil_bazarı

Oxşar Xəbərlər

Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandıCəmiyyət

Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı

"Hava şəraitinə görə ilanlar yuvalarından çıxmağa başlayıb. Aprel və may ayının sərin və soyuq keçməsinə baxmayaraq, ərazilərdə ilanlara rast gəlinir. May ayında zəhərli ilanlar daha aktiv olur. Əsasən də gürzələr. Yağış suları onların yuvalarına dolur, məcburiyyət qarşısında qalaraq çölə çıxmalı olurlar. Daha çox quru sahələrə gedirlər. Bunlardan başqa su və dam ilanları, çuruxbaş, kələz ilanı da artıq aktivləşməyə başlayıb".

Bu gün
14:120
İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEOCəmiyyət

İstixana meyvələri bazarı zəbt etdi: Alıcılar necə aldadılır? - VİDEO

Bazarda piştaxtaları bəzəyən meyvələri satıcılar alıcılara təriflə təqdim edirlər. Amma meyvəni alıb yeyəndə bəlli olur ki, onların heç də hamısı dadlı deyil. Mövsümündən əvvəl bazara çıxarılan bu meyvələrin qiyməti isə başqa bir problemdir.

Bu gün
13:360
Həftənin ilk iş günü Bakıda 19 dərəcə isti olacaq - PROQNOZCəmiyyət

Həftənin ilk iş günü Bakıda 19 dərəcə isti olacaq - PROQNOZ

Mayın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu gün
12:360
İyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan veribCəmiyyət

İyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan verib

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

Bu gün
12:060