
Sosial şəbəkələrdə təhlükəli trend: Ölülər "dirildilir", görüntüləri satılır - VİDEO
Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında "canlandıraraq" videolar hazırlayırlar.
Sosial şəbəkələrdə narahatlıq doğuran yeni bir tendensiya yayılıb. Bəzi səhifələr süni intellekt vasitəsilə mərhum insanların görüntülərini pul qarşılığında "canlandıraraq" videolar hazırlayırlar.
Bir qrup insan bunu texnoloji yenilik kimi qəbul etsə də, digərləri bu cür paylaşımları etik hesab etmir və mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirirlər. Məsələ yalnız etik çərçivə ilə məhdudlaşmır. Bu tip kontentlər həm dini, həm də psixoloji baxımdan ciddi suallar doğurur. Bəs belə kontentlərin yaradılması nə dərəcədə doğrudur? Bu cür videolar insanların düşüncəsinə necə təsir edir?
Baku TV mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
"Mən belə şeylərə yaxşı baxmıram. Düşünəndə adamın tükləri biz-biz olur", - vətəndaşlardan biri söyləyib. Digər bir sakin isə qeyd edib: "Belə paylaşımları etməyə heç kimin ixtiyarı yoxdur".
Mərhum aktrisa Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev də məsələyə münasibət bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə yayılan bu tip videolar ona pis təsir edir:
"Bəzən proqram vasitəsilə hazırlanmış görüntülər qarşıma çıxır. Tünzalə guya məzardan çıxıb daşa sarılır. Bu məni çox üzür, hətta sarsıdır. Bəzən bunu edən insanlara əsəbiləşirəm. Sonra düşünürəm ki, bunu maddi qazanc üçün edirlər. Anlamağa çalışıram. Amma olmazmı ki, hər kəs öz ailəsindən biri üçün belə videolar hazırlasın, başqalarına toxunmasın? Əminəm ki, pis niyyətləri yoxdur, lakin bilin ki, bu bizə yaxşı təsir etmir".
İlahiyyatçı Tural İrfan isə bildirib ki, dini baxımdan bu cür görüntülərin hazırlanması və yayılması doğru hesab olunmur. Onun sözlərinə görə, insanların öldükdən sonra dirilməsi qeyb aləminə aid məsələdir və bu nə elmi, nə də dünyəvi baxımdan tam izah edilə bilən bir prosesdir: "Bu həm də mərhumun xatirəsinə hörmətsizlik kimi qiymətləndirilir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətRegionlarda minlərlə ev sənədsiz qalıb: Ciddi problem böyüyür - VİDEO
Bölgələrdə, xüsusilə, kənd yerlərində fərdi yaşayış evlərinin sənədləşdirilməsi hələ də ciddi problem olaraq qalır. Sakinlər evlərinə çıxarış ala bilmədikləri üçün onları qanuni şəkildə rəsmiləşdirə bilmir, nəticədə isə alqı-satqı və mülkiyyət hüququnun ötürülməsi zamanı müxtəlif çətinliklərlə üzləşirlər.
CəmiyyətTəhlükə saçan binanın sakinləri özlərindən çıxdılar: "Başımıza daş tökülür" - VİDEO
Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi 147 ünvanında yerləşən, tavanı tökülən və divarlarında çatlar yaranan qəzalı yaşayış binası barədə sakinlərin müraciəti.
CəmiyyətBakıda kişi evində ölü tapıldı
Bakıda evdən meyit tapılıb.
Cəmiyyət"Şəkərin 1 nömrəli dərmanıdır" - Möcüzəvi təsiri olan məhsulun daha hansı faydaları var? - VİDEO
Azərbaycanın şimal bölgəsində ölkənin ən bahalı göbələk növlərindən sayılan və el arasında "quzuqarnı" adlanan göbələyin yığım mövsümü başlayıb.