Son dəqiqə
Vaşinqtondan tələb: Radioaktiv materiallar İrandan çıxarılsınHərbi qulluqçularımız Türkiyəyə gediblərPremyer Liqa: "Qarabağ" "Neftçi" oyununda altı qol vuruldu - VİDEOPremyer Liqa: "Neftçi" - "Qarabağ" oyununda altı qol vuruldu - VİDEOİsrail Livana genişmiqyaslı zərbələr endirdiKürün İmişlidən keçən hissəsində su artımı stabilləşib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Süd BAHALAŞACAQ
Süd BAHALAŞACAQ
Cəmiyyət

Süd BAHALAŞACAQ

Bu gün
19:36
0 baxış
Paylaş:

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın süd və qaymaq idxalında nəzərəçarpacaq artım qeydə alınıb. Rəsmi məlumatlara əsasən, ölkəyə 5 858 ton süd və qaymaq gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz çoxdur.

Daha diqqətçəkən məqam isə idxala çəkilən xərclərin daha sürətlə artmasıdır. Belə ki, bu məhsullar üçün ümumilikdə 10,386 milyon ABŞ dolları ödənilib. Bu isə illik müqayisədə 3,945 milyon dollar və ya 61 faiz artım deməkdir. Yəni idxal həcmi artsa da, dəyər artımı onu xeyli üstələyib.

Mütəxəssislərin fikrincə, idxal xərclərinin bu templə artması daxili bazarda süd və süd məhsullarının qiymətlərinə də təsir göstərə bilər.

Gundem.today xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, idxal olunan südə xərclənən vəsaitin artmasının əsas səbəbləri qlobal ərzaq inflyasiyası, istehsal xərclərinin yüksəlməsi və logistika xərclərinin artmasıdır:

"Bundan əlavə, daha yüksəkkeyfiyyətli və baha məhsullara üstünlük verilməsi də ümumi idxal dəyərini artırmış ola bilər. Daxili bazara gəlincə, bu artım tempinin davam etməsi süd məhsullarının pərakəndə qiymətlərinə də yansıya bilər. Yəni yaxın bir ayda süd məhsullarının qiymətləri arta bilər.

İdxalın ümumi xərclər içindəki payı 0,2% olsa da, daxili tələbatın bir hissəsi hələ də xaricdən gətirilən məhsullarla ödənilir. Bu isə sektoru ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyətli edir. Belə bir mənzərə yerli südçülük istehsalının gücləndirilməsi məsələsini daha da aktuallaşdırır".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Süd_və_süd_məhsulları#Süd#Azərbaycanda_qiymət_artımı

Oxşar Xəbərlər

Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşibCəmiyyət

Kürün İmişlidən keçən hissəsində su artımı stabilləşib

Kür çayının İmişlidən keçən hissəsində su artımı stabilləşib.

Bu gün
20:420
Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklərCəmiyyət

Yerli şirkətlərə xəbərdarlıq: Dəyişməsələr, bazarı tam itirəcəklər

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2% azdır. Rəsmi statistika təkcə istehsalda deyil, ehtiyatlarda da ciddi azalmanı göstərir. Bu il martın 1-nə ölkədə 797,9 min dekalitr meyvə şirəsi və 18 min 247,8 ton meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu rəqəmlər illik müqayisədə müvafiq olaraq 11,6% və 9,3% azalma deməkdir. Müstəqillik illərində bu sektorda sıçrayışlı inkişaf var idi və baz

Bu gün
20:360
Radiasiyalı ərazidə altı ay: Çernobıl faciəsindən sonra bütün həyatı dəyişən azərbaycanlı - FOTOCəmiyyət

Radiasiyalı ərazidə altı ay: Çernobıl faciəsindən sonra bütün həyatı dəyişən azərbaycanlı - FOTO

1986-cı ildə Ukraynanın Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl atom elektrik stansiyasında baş verən partlayış milyonlarla insanın həyatında silinməz izlər qoyub.

Bu gün
20:240
Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi: Xəsarət alan şəxsin son vəziyyəti açıqlanıbCəmiyyət

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi: Xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb

Gəncədə baş verən qəzada yaralanan şəxsin son vəziyyəti açıqlanıb.

Bu gün
20:180