
Trampdan Netanyahuya xəbərdarlıq: "İrana qarşı tək qala bilərsən"
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə apardığı telefon danışığının bəzi təfərrüatını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə apardığı telefon danışığının bəzi təfərrüatını açıqlayıb.
Gundem.today xəbər verir ki, ABŞ lideri "N12" telekanalına müsahibəsində gərginliyin daha da artmasının qarşısını almağa çalışdığını, lakin Netanyahunun onun çağırışlarına tam əməl etmədiyini bildirib.
"Mən Netanyahuya dedim ki, ehtiyatlı olmalıdır. Atdığın addımlara qarşı çox diqqətli olmalısan, çünki tezliklə İrana qarşı tək qala bilərsən", - deyə Tramp bildirib.
Onun sözlərinə görə, o, Netanyahudan İranın raket hücumuna cavab verməməyi xahiş edib. Tramp qeyd edib ki, ABŞ və İran arasında vasitəçilik səylərində iştirak edən regionun beş ölkəsi də ondan İsrailin baş nazirinə təsir göstərməyi və mümkün razılaşma şanslarını qorumağı istəyib.
"N12" telekanalının məlumatına görə, sözügedən danışığı dinləyən şəxslərdə Trampın diplomatik həll üçün bir neçə günlük vaxt qazandığı təəssüratı yaranıb. Lakin bundan sonra Netanyahu təhlükəsizlik strukturlarının rəhbərləri ilə müşavirə keçirib və ABŞ dövlət katibi Marko Rubioya zəng edərək İrana zərbə endiriləcəyi barədə məlumat verib.
"Onlar bizə çox gec mərhələdə məlumat verdilər. Artıq İrana doğru yolda idilər. Mən yalnız zərbənin miqyasını kiçiltməyə nail oldum", - deyə Tramp bildirib.
Xatırladaq ki, İran iyunun 7-si axşam saatlarında İsrailə raket zərbələri endirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİsrailin hücumu nəticəsində İranın iki yüksəkrütbəli hərbçisi həlak olub - FOTO
İsrailin həyata keçirdiyi hücumlar zamanı İranın iki yüksəkrütbəli hərbçisi həlak olub.
DünyaMançesterdə məktəbdə bıçaqlı hücum: Üç nəfər yaralandı
Mançesterdə yerləşən "Co-Op Academy" məktəbində baş verən bıçaqlı hücum nəticəsində üç nəfər yaralanıb. Polis şübhəli qızı saxlayıb, tədris ocağında təhlükəsizlik tədbirləri gücləndirilib.
DünyaYerin yaxınlığından güclü maqnit qasırğası yaradan plazma buludu keçib
Alimlərin güclü G3 səviyyəli geomaqnit qasırğası ilə bağlı proqnozları gerçəkləşməyib. Günəşdən atılan plazma buludu Yer kürəsinə heç bir təsir göstərmədən ötüb.
DünyaZelenski Abramoviçin ala bilmədiyi pullarını necə xərcləmək istəyir?
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya Baş naziri Kir Starmer ilə rusiyalı oliqarx Roman Abramoviçin "Çelsi"nin satışından qazandığı 2,4 milyard funt-sterlinqin humanitar məqsədlər əvəzinə hava hücumundan müdafiə sistemlərinə xərclənməsi imkanlarını müzakirə edib.