
Uşağını döyənlərin cərimələnməsi problemi həll edəcəkmi? - VİDEO
Uşaqlarına fiziki zorakılıq edən valideynlər artıq cərimələnəcəklər. İllərdir cəmiyyətdə "tərbiyə" üsulu kimi qəbul edilən bu yanaşmanın tərəfdarları Milli Məclisdə təsdiqlənən yeni dəyişikliklərə əsasən 200 manat cərimə olunacaqlar.
Uşaqlarına fiziki zorakılıq edən valideynlər artıq cərimələnəcəklər. İllərdir cəmiyyətdə "tərbiyə" üsulu kimi qəbul edilən bu yanaşmanın tərəfdarları Milli Məclisdə təsdiqlənən yeni dəyişikliklərə əsasən 200 manat cərimə olunacaqlar.
Bəs qəbul edilən bu qərar uşaqları zorakılıqdan qorumağa kifayət edəcəkmi? Yoxsa problemin kökü daha dərindir? Ümumiyyətlə, qərar nə dərəcədə effektiv olacaq?
Baku TV-nin xəbərinə görə, psixoloq Ofeliya Əliyeva fiziki cəzanın təsiri hər bir uşaq üçün fərdi olduğunu bildirib. Onun sözlərinə görə, bəzi uşaqlar qorxu səbəbindən mənfi davranışlarını dayandırsalar da, bəziləri üçün bu, əks-reaksiya verə bilər:
"Elə uşaq var ki, cəza gördükcə daha çox diqqət çəkməyə çalışır: yanlış hərəkət edəndə valideyn diqqətinin onun üzərində toplandığını görür və bu davranışı daha da artırır. Hətta məktəbdə müəllimləri qəsdən əsəbləşdirməyə meyilli olur. Əgər sadəcə cəza - cərimə tətbiq olunarsa və köklü yanaşma olmasa, bu, nəticə verməyəcək".
Hüquqşünas Mircavid Miriyev isə qeyd edir ki, əməl o zaman inzibati xəta kimi qiymətləndirilir ki, o, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə səbəb olmasın:
"Əgər valideynin məqsədi uşağı tərbiyə etmək çərçivəsini aşarsa və aşkar zorakılıq halları qeydə alınarsa, xüsusilə də uşağın sağlamlığına yüngül, az-ağır və ya ağır zərər vurulması faktı aşkarlanarsa, həmin şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb ediləcəklər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakının mərkəzində unikal tədbir: Bulvarda caz sədaları səslənəcək, qədəhlər şərabla dolacaq - FOTO
Dənizkənarı Milli Park ərazisində ilk dəfə caz musiqisi ilə qastronomiyanı bir araya gətirən Caz və Şərab Festivalı təşkil olunur.
CəmiyyətAkademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans təşkil ediləcək
Aprelin 28-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın 103 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
CəmiyyətÖvladlarımızı "ögey ana"ya tapşırırıq?
Kubra Məhərrəmova yazır...
CəmiyyətSahil Babayev yenidən Azərbaycan Boks Federasiyasının prezidenti seçilib
Gənclər və idman naziri Fərid Qayıbovun iştirakı ilə Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.