
Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan daha ikisinin vəziyyəti ağırlaşdı
Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.
Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan daha ikisinin vəziyyəti ağırlaşıb.
Bu barədə Gundem.today-a Sumqayıt Tibb Mərkəzi və Respublika Pediatriya Mərkəzindən daxil olan birgə məlumatda bildirilib.
Məlumatda qeyd edilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 4 nəfərin (kişi cinsli) müalicəsi davam etdirilir:
"Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyətləri ağır, dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti stabildir.
Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə edilən 1 nəfərə (qadın cinsli) isə meninqoensofalit diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır stabil qiymətləndirilir".
Xatırladaq ki, aprelin 2-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Azyaşlılar xəstəxanaya yerləşdirilsələr də, onlardan biri dünyasını dəyişib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəQida borusunda yemək qalan qadın öldü
Bakının Ələt qəsəbəsində 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb.
HadisəSamuxda 46 yaşlı qadını maşın vurdu
Samux rayonunda 46 yaşlı qadını avtomobil vurub.
HadisəKivi yükü aparan nəqliyyat vasitəsində külli miqdarda narkotik aşkar edilib - FOTO - VİDEO
Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
HadisəBakının mərkəzində minik avtomobili YANDI - VİDEO
Bakının Nəsimi rayonu ərazisində minik avtomobilində yanğın hadisəsi baş verib.