Son dəqiqə
Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMAAzərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndərilibBəzi yerlərdə şimşək çaxır, Şahdağa qar yağır - FAKTİKİ HAVARiçard Gir Bakıda nümayiş olunacaq filmi haqqında: "Bu, böyük bir ədalətsizlikdir" - VİDEOAzərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb - FOTODaha bir azərbaycanlı MMA döyüşçüsü UFC-də çıxış edəcək
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR
Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR
Kriminal

Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR

Bu gün
10:56
0 baxış
Paylaş:

Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə, qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Ərzuman Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Ali Məhkəmədə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə, qanunsuz olaraq silah saxlamada təqsirləndirilən Ərzuman Əhmədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Gundem.today Pravda.az-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, hadisə 28 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri Yeni Yaşayış Massivində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş verib.

Belə ki, Ərzuman Əhmədov orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən, əvvəllər spirtli içki qəbul etməyi tərgitməsinə baxmayaraq, yenidən bu vərdişə qayıtması ilə bağlı oğlu Məhəmmədəli Əhmədov tərəfindən yaxınlarına məlumat verildiyini öyrənib. O, bu səbəbdən qəzəblənərək ona irad tutub.

Yaranmış mübahisə qısa zamanda kəskinləşərək ailə münaqişəsinə çevrilib.

İstintaqla müəyyən olunub ki, ata qisas almaq və oğlunu öldürmək niyyəti ilə əvvəlcə çapacaqla zərərçəkmiş şəxsə hücum edərək onun kürəyinin sol nahiyəsindən bir dəfə zərbə vurub. Məhəmmədəli hadisə yerindən uzaqlaşmağa çalışsa da, Ərzuman onu təqib edib.

Hadisənin davamında evin koridorunda olan digər oğlu müdaxilə edərək atasının əlindən çapacağı alıb və onu zərərsizləşdirib. Lakin Ərzuman bundan sonra üzərində gəzdirdiyi, qanunsuz olaraq əldə etdiyi ov bıçağından istifadə edərək Məhəmmədəliyə hücumunu davam etdirib. O, zərərçəkmiş şəxsin sinə və sol qoltuqaltı nahiyəsinə ən azı üç dəfə zərbə vurub.

Nəticədə Məhəmmədəli döş qəfəsinin sol hissəsinin döş boşluğuna nüfuz edən, həyat üçün təhlükəli sayılan ağır bədən xəsarəti alıb. Bundan əlavə, onun bədəninin müxtəlif nahiyələrində səthi yaralar da qeydə alınıb.

Digər oğlunun müdaxiləsi nəticəsində Ərzumanın əlindən bıçaq alınaraq tərksilah edilib. Bununla belə, o, cinayət niyyətindən əl çəkməyərək həyətyanı sahəyə çıxıb və oradan mismarçıxaran çəkic götürərək yenidən Məhəmmədəlinin üzərinə hücuma cəhd edib. Bu zaman digər oğlu yenidən onun qarşısını alıb.

İş materiallarına görə, hadisə zamanı ata oğluna tibbi yardım göstərilməsinin qarşısını almaq məqsədilə mobil telefonu sındıraraq təcili yardım çağırılmasını əngəlləyib. Hadisə yaxınlarının - digər oğlu və həyat yoldaşının gözü qarşısında baş verib və bu hal xüsusi amansızlıq kimi qiymətləndirilib.

Bununla belə, zərərçəkmiş şəxsin fəal müqaviməti, hadisə yerində olan şəxslərin müdaxiləsi və yaralının vaxtında xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilməsi nəticəsində Ərzuman cinayət niyyətini başa çatdıra bilməyib. Beləliklə, onun əməli qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmə kimi qiymətləndirilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ərzuman Əhmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayətini təmin edilməyib.

Bundan sonra məhkumun müdafiəçisi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, əməlin daha yüngül maddəyə - qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif olunmasını və məhkuma şərti cəza verilməsini xahiş edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Ali_Məhkəmə#Qəsdən_adam_öldürmə#Qəsdən_sağlamlığa_zərərvurma#Alkoqolizm_(Sərxoşluq)

Oxşar Xəbərlər

Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı qərar verdiKriminal

Ali Məhkəmə ölkəmizin əleyhinə casusluq edənlərlə bağlı qərar verdi

Ermənistanın xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq etməkdə təqsirli bilinən Rəşad Əhmədov və Rövşən Əmirovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün
11:280
Kafedə ofisiantı öldürmək istəyənə hökm oxunubKriminal

Kafedə ofisiantı öldürmək istəyənə hökm oxunub

Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən kafedə ofisiantı bıçaqlayan 19 yaşlı E.Cəfərova hökm oxunub.

Bu gün
17:320
Bakıda restoranlardan skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİKriminal

Bakıda restoranlardan skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİ

Yasamal rayonunda fəaliyyət göstərən restoranlardan birinin zirzəmisindən oğurluq edilib.

Bu gün
17:140
Bakıda restoranlardan birindən skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİKriminal

Bakıda restoranlardan birindən skuter oğurlayan keçmiş məhkum HƏBS EDİLDİ

Yasamal rayonunda fəaliyyət göstərən restoranlardan birinin zirzəmisindən oğurluq edilib.

Bu gün
17:140