Son dəqiqə
Nərimanovda dondurulmuş yarımfabrikatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTOABŞ-də atışma: Şəhər sakini iş ortaqlarını güllələdi - FOTONaxçıvanda tanınmış həkim vəfat etdi - FOTOMərkəzi Bank AÇIQLADI: Nəqliyyatda kartlardan vəsait niyə sonradan tutulur? - FOTO"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşımAzərbaycanlı repçi üçün Moskvada "qara zolaq": Bir saat içində aktrisanın ölümü və metal yığınına dönən "Ferrari" - FOTO/VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Riçard Gir Bakıda nümayiş olunacaq filmi haqqında: "Bu, böyük bir ədalətsizlikdir" - VİDEO
Riçard Gir Bakıda nümayiş olunacaq filmi haqqında: "Bu, böyük bir ədalətsizlikdir" - VİDEO
Cəmiyyət

Riçard Gir Bakıda nümayiş olunacaq filmi haqqında: "Bu, böyük bir ədalətsizlikdir" - VİDEO

Bu gün
11:58
0 baxış
Paylaş:

Hollivud aktyoru Riçard Girin Gir Fondu İspaniyanın "HOGAR SÍ" qeyri-kommersiya təşkilatı və "UN-Habitat" (BMT-nin Məskunlaşma Proqramı) ilə birlikdə 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) evsizlik probleminə toxunacaq.

Hollivud aktyoru Riçard Girin Gir Fondu İspaniyanın "HOGAR SÍ" qeyri-kommersiya təşkilatı və "UN-Habitat" (BMT-nin Məskunlaşma Proqramı) ilə birlikdə 17-22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) evsizlik probleminə toxunacaq.

Gundem.today-ın xəbərinə görə, aktyor bu barədə öz "Instagram" səhifəsində video paylaşıb.

O, videoda mayın 21-də Azərbaycanın paytaxtında nümayiş olunacaq özünün "Heç kimin görmək istəmədiyi şey" adlı sənədli filminin mövzusu barədə danışıb.

Riçard Girin sözlərinə görə, tərəfdaşlıq evsizlik mövzusunu - mənzildən məhrumiyyətin ən ağır formasını qlobal gündəmin mərkəzinə gətirməyi və mənzilə çıxışı təmin edən həlləri təşviq etməyi hədəfləyir.

"Beynəlxalq təşkilatların məlumatına görə, dünyada təxminən üç milyard insan adekvat mənzilə çıxış imkanına malik deyil, bir milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır və 300 milyondan çox insan evsizliklə üzləşir", - deyə o bildirib.

Qeyd edək ki, filmdə Riçard və Alexandra Gir evsiz qalmış və mənzil əldə etmələri sayəsində öz həyatlarını dəyişməyə nail olmuş insanlarla söhbət edirlər.

Forumu dəstəkləyən videomüraciətində Riçard Gir təcili tədbirlərin vacibliyini vurğulayıb.

"Mənzil bütün digər hüquqların təməlidir. Təhlükəsiz ev olmadan sağlamlıq, təhsil və sabit iş mümkün deyil. Evsizlik qaçılmaz deyil. Bu, dərin bir ədalətsizlikdir və ləyaqət, yaşayış yeri və həmrəyliyi seçməklə bunun öhdəsindən gəlmək olar", - deyə aktyor qeyd edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Riçard_Gir#Bakı#sənədli_film#Ümumdünya_Şəhərsalma_Forumu#WUF13#evsizlik_problemi#BMT#BMT-nin_Məskunlaşma_Proqramı#UN-Habitat#Hollivud_aktyoru#mənzil_problemi#qlobal_gündəm

Oxşar Xəbərlər

Nərimanovda dondurulmuş yarımfabrikatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTOCəmiyyət

Nərimanovda dondurulmuş yarımfabrikatların emalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO

Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rasim Abdulla oğlu Ağcayevə məxsus dondurulmuş yarımfabrikatların emalı müəssisəsində yoxlama keçirilib.

Bu gün
13:280
Naxçıvanda tanınmış həkim vəfat etdi - FOTOCəmiyyət

Naxçıvanda tanınmış həkim vəfat etdi - FOTO

Naxçıvanda qastroenteroloq-endoskopist Paşa Rəcəblinin vəfat edib.

Bu gün
13:200
Xalq artistinin qardaşı oğluna yeni vəzifə verildi - FOTOCəmiyyət

Xalq artistinin qardaşı oğluna yeni vəzifə verildi - FOTO

Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən və Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya Liseyinə yeni direktor təyin olunub.

Bu gün
13:000
"Yüksəliş" müsabiqəsinin altıncı mövsümünün ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıbCəmiyyət

"Yüksəliş" müsabiqəsinin altıncı mövsümünün ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb

"Yüksəliş" müsabiqəsinin altıncı mövsümü çərçivəsində keçirilən onlayn mərhələnin ümumi biliklər imtahanı üzrə nəticələr elan olunub.

Bu gün
12:550