
Süni intellekt insan səviyyəsinə çatır? - İmtahanın nəticələri təəccübləndirdi
Tədqiqatçılar süni intellektin "Bəşəriyyətin son imtahanı" ("Humanity's Last Exam") testində nəticələrinin əhəmiyyətli dərəcədə artdığını qeydə alıblar.
Tədqiqatçılar süni intellektin "Bəşəriyyətin son imtahanı" ("Humanity's Last Exam") testində nəticələrinin əhəmiyyətli dərəcədə artdığını qeydə alıblar.
Gundem.today bu barədə "ScienceDaily" saytına istinadən xəbər verir.
"Bəşəriyyətin son imtahanı" testi "Scale AI" və "Center for AI Safety" qeyri-kommersiya təşkilatlarının mütəxəssisləri tərəfindən hazırlanıb. Testin əsasında 50 ölkədən alimlərin tərtib etdiyi 70 min sual dayanır. Bu suallar arasından 2 500 tapşırıq seçilib. Hər bir sual doktorantura səviyyəsinə uyğun bilik tələb edir. Format qısa və dəqiq cavabları nəzərdə tutur və bu cavabları açıq mənbələrdən tapmaq çətindir.
2024-cü ildə modellər aşağı nəticələr göstərirdi. "ChatGPT" təxminən 3% nəticə əldə etmişdi, "Gemini" və "Claude" isə bir qədər yüksək göstəricilərə malik idi. Həmin dövrdə test dil modellərinin imkanları ilə elmi mütəxəssislərin səviyyəsi arasında ciddi fərqi ortaya qoymuşdu.
Hazırda vəziyyət dəyişib. Tərtibatçıların məlumatına görə, "Gemini" 45,9%, "Claude" isə 34,2% nəticə göstərib. "Scale AI" nümayəndəsi Kelvin Çjan bildirib ki, modellər yaxın aylarda və ya bir il ərzində 100% nəticəyə çata bilər.
Bununla belə, tərtibatçılar hesab edirlər ki, maksimum nəticə əldə olunsa belə, süni intellekt insanı tam əvəz etməyəcək. Söhbət qeyri-standart yanaşma tələb edən tapşırıqlardan, eləcə də interpretasiya və yaradıcı düşüncənin vacib olduğu dar ixtisaslı elmi sahələrdən gedir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaEkspertdən şok iddia: "Kim Çen Inın bacısı dünyanın ən təhlükəli qadınıdır"
"Şimali Koreya rəhbəri Kim Çen Inın bacısı Kim Yo Çjon hazırda dünyanın ən təhlükəli qadınlarından biri hesab olunur".
DünyaGözlərini yumaraq burnunun ucuna toxuna bilmirsənsə, içki satılmayacaq: Tailandda əcaib qaydalar
Tailandda spirtli içki satıcılarına müştərilərin sərxoş olub-olmadığını yoxlamağa və sərxoş müştərilərə spirtli içki satmaqdan imtina etməyə imkan verən qərar rəsmi olaraq təsdiqlənib.
DünyaAlimlərdən maraqlı tədqiqat: Limon tənəffüs yollarını qoruyurmuş
Alimlərin yeni araşdırmasına əsasən, limon şirəsi tənəffüs yollarının zədələnməsinin qarşısını alır və ağciyər iltihabını əhəmiyyətli dərəcədə azaldır. Limonun immun sisteminə və ağciyər toxumalarına müsbət təsiri barədə ətraflı məlumat.
DünyaZelenski maaşını və gəlirlərini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski 2025-ci il üzrə gəlirləri haqqında məlumatı açıqlayıb.