
Süni intellekt psixoloqları əvəz edə bilərmi? - Mütəxəssisdən maraqlı açıqlama
Süni intellektin sürətli inkişafı bir çox insanın öz emosiyalarını çatbotlarla müzakirə etməsinə səbəb olub. Süni intellekt müəyyən məsləhətlər verə bilsə də, insan iştirakını və real emosional əlaqəni təmin etmək iqtidarında deyil.
Süni intellektin sürətli inkişafı bir çox insanın öz emosiyalarını çatbotlarla müzakirə etməsinə səbəb olub. Süni intellekt müəyyən məsləhətlər verə bilsə də, insan iştirakını və real emosional əlaqəni təmin etmək iqtidarında deyil.
Gundem.today xəbər verir ki, bu barədə rusiyalı psixoloq Aleksandra Çmuj "KP.ru"ya müsahibəsində danışıb.
"Maşının verdiyi məsləhətlərlə bəlkə də narahatlıq səviyyəsini müvəqqəti azaltmaq mümkündür, lakin süni intellekt canlı ünsiyyətə olan ehtiyacı əvəz edə bilməz. Psixoloqların belə bir deyimi var: biz mənəvi yaraları münasibətlərdə alırıq və onları yalnız münasibətlər sayəsində sağalda bilərik", - deyə mütəxəssis vurğulayıb.
Ekspertin sözlərinə görə, süni intellekt anlıq dəstək versə də, əsl emosional bağ formalaşdırmır. Məhz bu bağ insanın başa düşüldüyünü və qəbul edildiyini hiss etməsinə kömək edir. İlk növbədə öz tənhalığını görmək və bir çox problemin məhz özünütəcrid vəziyyətindən qaynaqlandığını anlamaq vacibdir. Bu "qapalı dairədən" çıxmaq vaxtının çatdığını hiss etdikdə, insanda başqaları ilə əlaqə qurmaq istəyi təbii şəkildə yaranır.
Aleksandra Çmuj yekun olaraq bildirib: "Düşünürəm ki, bir çoxlarının öz psixoloji vəziyyətləri barədə alqoritmlərlə yazışmasına baxmayaraq, "ChatGPT" və ya digər süni intellekt sistemləri ilə psixoloqu əvəz etmək mümkün olmayacaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaUzunömürlülüyü müəyyən edən sadə test: Cəmi bir hərəkətlə sağlamlığınızı yoxlayın
Amerikalı teleaparıcı və revmatoloq Natali Azar uzunömürlülüyü proqnozlaşdırmaq üçün sadə test açıqlayıb.
Dünya"Labubu" sürətlə müştərilərini itirməyə başlayıb
Məşhur "Labubu" gəlinciklərinin istehsalı ilə məşğul olan Çinin "Pop Mart" şirkətində ciddi tənəzzül əlamətləri müşahidə olunmağa başlayıb.
DünyaYaponiyada küçədən pul tapan yaşlı qadın həbs olundu
Yaponiyada küçədə tapdığı pulqabını mənimsəyən və bu barədə polisə məlumat verməyən yaşlı qadın həbs olunub.
DünyaRusiyalı turistərin Azərbaycana səfərlərə marağı artıb - STATİSTİKA
Rusiyada 2026-cı ilin may bayramlarında ümumi turist axınının ötən illə müqayisədə 15-20% azaldığı bildirilib.