
Süni intellekt sistemi rəsm əsərinin müəllifinin kimliyini təsdiqlədi
ABŞ və İspaniyadan olan alimlər hazırladıqları süni intellekt (Sİ) sistemi vasitəsilə məşhur rəssam El Qrekonun "İsa Məsihin vəftizi" adlı əsəri ilə bağlı mühüm kəşf ediblər.
ABŞ və İspaniyadan olan alimlər hazırladıqları süni intellekt (Sİ) sistemi vasitəsilə məşhur rəssam El Qrekonun "İsa Məsihin vəftizi" adlı əsəri ilə bağlı mühüm kəşf ediblər.
Gundem.today xəbər verir ki, tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.
Süni intellekt sübut edib ki, rəssam bu tablonu 1608-ci ildə tamamilə təkbaşına çəkib. Əvvəllər isə bu əsərin digər rəssamlarla birgə yaradıldığı düşünülürdü. Alimlər yeni sistemin imkanları barədə bunları deyiblər:
"Biz rəssamların fərdi iş üslublarını heç bir kənar ipucu olmadan müəyyən edən və tarixi rəsmlərdə birdən çox müəllifin izlərini aşkar edə bilən yeni Sİ sistemi hazırladıq. El Qrekonun iki əsərini təhlil edərək müəyyən etdik ki, 'İsa Məsihin vəftizi' əsəri rəssamın ölümündən sonra şagirdləri tərəfindən tamamlanmayıb, bütövlükdə ustadın öz qələminin məhsuludur".
Qeyd edək ki, El Qreko İspan İntibah dövrünün görkəmli rəssamı, heykəltəraşı və memarı olub. Krit adasında doğulan sənətkar 1577-ci ildə Toledo şəhərinə köçüb və ömrünün sonuna qədər orada fəaliyyət göstərib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDonald Tramp Si Cinpinlə görüşünün tarixi xarakter daşıyacağına ümid edir
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə planlaşdırılan görüşünün tarixi xarakter daşıyacağına ümid etdiyini vurğulayıb.
DünyaYaponiyanın qərbini zəlzələ silkələdi
Yaponiyanın qərbində 5 bal gücündə zəlzələ baş verib.
DünyaFransız rəssam Klod Monenin iki əsəri rekord məbləğə satıldı
Fransız impressionist rəssam Klod Monenin iki əsəri Fransada keçirilən hərracda rekord qiymətə satılıb.
Dünya"Ford" bir milyondan çox avtomobilini geri çağırır
"Ford" şirkəti ABŞ-də transmissiyanın idarəetmə modulunun proqram təminatı ilə bağlı problemlər səbəbindən təxminən 1,4 milyon "F-150" markalı avtomobilini geri çağıracaq.