Son dəqiqə
Premyer Liqanın XXVIII turu: "Qarabağ" "Sabah"a qarşıƏfqanıstan dağlarında zəlzələ"Üfunətdən keçmək olmur" - Kürdəxanı sakinləri boğaza yığılıblar - VİDEODonald Tramp Si Cinpinlə görüşünün tarixi xarakter daşıyacağına ümid edirYaponiyanın qərbini zəlzələ silkələdiAzərbaycan nefti 11 dollardan çox ucuzlaşıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb - FOTO
Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb - FOTO
Siyasət

Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzrə növbəti müzakirələr aparılıb - FOTO

Bu gün
08:54
0 baxış
Paylaş:

Aprelin 16-da Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib.

Aprelin 16-da Brüssel şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş keçirilib.

Gundem.today bu barədə Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir.

Qeyd olunur ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.

Konstruktiv ruhda keçən müzakirələr hər iki sənəd üzrə mövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbəti mərhələlərinin planlaşdırılmasına xidmət edib.

Görüşün yekununda danışıqların növbəti mərhələsinin iyun ayının əvvəlində Bakıda keçirilməsinə qərar verilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyi ilə yanaşı, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri yer alıblar.

Səfər çərçivəsində Yalçın Rəfiyev, həmçinin Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə baş direktor müavini Yan Dusik və ətraf mühit üzrə baş direktor müavini Patrik Çild ilə görüşlər keçirib. Təmaslar zamanı iqlim fəaliyyəti və ətraf mühit sahəsində Azərbaycan-Avropa İttifaqı dialoq formatının yaradılması, eləcə də COP prosesi, iqlim və ətraf mühitlə bağlı beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Azərbaycan#Avropa_İttifaqı#Brüssel#Bakı#Yalçın_Rəfiyev#ikitərəfli_saziş#tərəfdaşlıq_prioritetləri#COP_prosesi#iqlim_fəaliyyəti#Xarici_İşlər_Nazirliyi.

Oxşar Xəbərlər

İranın Hörmüzlə bağlı planı regionda yeni iqtisadi və siyasi risklər yaradır - VİDEOSiyasət

İranın Hörmüzlə bağlı planı regionda yeni iqtisadi və siyasi risklər yaradır - VİDEO

Hörmüz boğazı ətrafında yaranan gərginlik artıq regional təhlükəsizlik məsələsindən çıxaraq qlobal iqtisadiyyatın ən həssas nöqtələrindən birinə çevrilib.

Bu gün
02:240
Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Burhanettin Duranla görüşübSiyasət

Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Burhanettin Duranla görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duranla görüşüb.

Bu gün
01:440
Şahbaz Şərif Antalyada İlham Əliyevlə keçirdiyi görüşdən paylaşım edibSiyasət

Şahbaz Şərif Antalyada İlham Əliyevlə keçirdiyi görüşdən paylaşım edib

"5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə gündən-günə artan Pakistan-Azərbaycan tərəfdaşlığının daha da gücləndirilməsi ilə bağlı məhsuldar müzakirə apardıq".

Bu gün
01:140
Antalya Diplomatiya Forumunda Cənubi Qafqazın strateji mərkəz olmaq istiqamətində addımladığı vurğulanıbSiyasət

Antalya Diplomatiya Forumunda Cənubi Qafqazın strateji mərkəz olmaq istiqamətində addımladığı vurğulanıb

Aprelin 17-də Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda" mövzusunda panel iclas keçirilib.

Bu gün
00:240