
Sürücülərin narazılığına səbəb olan kəsişmə ilə bağlı ÇIXIŞ YOLU - VİDEO
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində tətbiq edilən yol nişanlanması sürücülərin narazılığına səbəb olub.
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli və Təbriz küçələrinin kəsişməsində tətbiq edilən yol nişanlanması sürücülərin narazılığına səbəb olub.
Gundem.today xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Sürücülərin sözlərinə görə, sözügedən kəsişmədə işıqforun daimi sağa dönmə bölməsi mövcuddur. Lakin iki zolaq arasında 1.7 nişanlama xəttinin olmaması səbəbindən nəqliyyat vasitələri sağ zolaqdan rahat şəkildə dönə bilmir.
Bildirilib ki, mövcud vəziyyət xüsusilə axşam saatlarında, saat 17:00-dan saat 20:00-a qədər daha ciddi problemlər yaradır. Bu zaman sürücülər məcbur qalaraq ikinci zolaqdan sağa dönürlər. Qaydaların pozulması isə 100 manat məbləğində və üç cərimə balı ilə nəticələnir.
Məsələ ilə bağlı qeyd olunub ki, həmin ərazidə 1.7 nişanlama xəttinin çəkilməsi hərəkətin daha təhlükəsiz və rahat təşkilinə kömək edə bilər.
Qeyd edək ki, sözügedən ərazidə 1.7 xəttinin çəkilməsinin nə dərəcədə məqsədəuyğun olması ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda oyun aparatı pulu "udur", amma xidmət göstərmir - VİDEO
Bakı şəhəri, Nəsimi rayonundakı yeraltı keçiddə yerləşən "Win Toys" adlı oyun aparatının işləmədiyi halda vətəndaşlardan pul qəbul etməsi narazılığa səbəb olub.
CəmiyyətPrioritet tətbiq olunacaq məktəblər BƏLLİ OLDU
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb.
CəmiyyətŞəhid pilot Rəşad Atakişiyevin həlak olmasından bir ay öncəki FOTOSU
MiQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva qəhrəman pilotun ailəsi ilə çəkilmiş son fotosu və xatirələri barədə danışıb.
CəmiyyətTibbi vasitələrin alınması üçün 4,8 milyon manatdan çox pul xərclənəcək
"İnnovasiya və Təchizat Mərkəzi" publik hüquqi şəxsi tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibb vasitələri alacaq.