Son dəqiqə
Dünya çempionatında sarı vərəqə qaydaları dəyişir? - YENİ QƏRARSəbaildə təhlükəli yol: Lüklər sürücülər üçün risk yaradır - VİDEOPSJ-nin "Bavariya" ilə oyunu hansı kanalda yayımlanacaq?Sumqayıtın bir hissəsi niyə susuz qalıb? - RƏSMİ AÇIQLAMA"Fənərbağça"da yeni baş məşqçi axtarışı: İki iddialı ad gündəmdəPiyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? - Ali Məhkəmədən mühüm qərar
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Şuşada ECO ölkələrinin mətbəx zənginliyi bir araya gətirildi - Qastronomiya Günü keçirildi
Şuşada ECO ölkələrinin mətbəx zənginliyi bir araya gətirildi - Qastronomiya Günü keçirildi
Cəmiyyət

Şuşada ECO ölkələrinin mətbəx zənginliyi bir araya gətirildi - Qastronomiya Günü keçirildi

Bu gün
14:18
0 baxış
Paylaş:

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) təşkilatçılığı ilə Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində "Şuşa - İƏT-in turizm paytaxtı 2026" tədbiri çərçivəsində Qastronomiya Günü təşkil olunub.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT - ECO) təşkilatçılığı ilə Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində "Şuşa - İƏT-in turizm paytaxtı 2026" tədbiri çərçivəsində Qastronomiya Günü təşkil olunub.

Gundem.today-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, bu cür tədbirlər yalnız müxtəlif mətbəxlərin təqdimatı ilə məhdudlaşmır, eyni zamanda, insanlar arasında əlaqələrin qurulmasına və inkişafına xidmət edir.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qeyd edib ki, Şuşada qastronomiya tədbirlərinin təşkili artıq ənənəvi xarakter alıb və bu cür təşəbbüslər həm milli mətbəxin təbliğinə, həm də ölkənin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir.

Azərbaycanın zəngin və qədim mətbəx ənənələrinə, eləcə də qastroturizmin inkişafı üçün geniş potensiala sahib olduğunu bildirən Fuad Nağıyev bu turizm növünün inkişaf etdirilməsinin Dövlət Turizm Agentliyinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

İƏT-in baş katibi Əsəd Məcid Xan İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün paytaxtı seçilən Şuşada keçirilən Qastronomiya Gününün üzv ölkələrin zəngin kulinariya irsinin və mədəni müxtəlifliyinin parlaq nümayişi olduğu bildirib. O, bu cür təşəbbüslərin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında turizm, mədəniyyət və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, İran və Əfqanıstanın açıq hava şəraitində qurulmuş stendlərində həmin ölkələrin qastronomiya mütəxəssisləri tərəfindən hazırlanmış, destinasiyaların qastroturizm potensialını əks etdirən əsas kulinariya nümunələri nümayiş etdirilib.

Stendlərdə hər bir ölkənin özünəməxsus qastronomiya nümunələri hazırlanaraq dequstasiya üçün ziyarətçilərə təqdim olunub.

Tədbir müddətində xanəndələrin ifaları, rəqs nömrələri nümayiş etdirilib, həmçinin konsert proqramı da təşkil olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Dövlət_Turizm_Agentliyi_(DTA)#Azərbaycanda_turizm#İqtisadi_Əməkdaşlıq_Təşkilatı_(ECO)

Oxşar Xəbərlər

Səbaildə təhlükəli yol: Lüklər sürücülər üçün risk yaradır - VİDEOCəmiyyət

Səbaildə təhlükəli yol: Lüklər sürücülər üçün risk yaradır - VİDEO

Bakının Səbail rayonu ərazisində yollardan birində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.

Bu gün
15:520
Sumqayıtın bir hissəsi niyə susuz qalıb? - RƏSMİ AÇIQLAMACəmiyyət

Sumqayıtın bir hissəsi niyə susuz qalıb? - RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhərinin 3-cü və 5-ci mikrorayonunda suyun verilişində fasilə yaranıb.

Bu gün
15:440
Şirvanda peşə liseyinə yeni direktor təyin edilib - FOTOCəmiyyət

Şirvanda peşə liseyinə yeni direktor təyin edilib - FOTO

Şirvan Peşə Liseyinə yeni direktoru təyin olunub.

Bu gün
15:280
"BakuBus" sürücüsünün davranışı müzakirə yaratdı: "İkinci zolaqda saxlayıb aptekə getdi"Cəmiyyət

"BakuBus" sürücüsünün davranışı müzakirə yaratdı: "İkinci zolaqda saxlayıb aptekə getdi"

Bakıda "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu ilə bağlı diqqətçəkən hadisə baş verib.

Bu gün
15:160