
"BakuBus" sürücüsünün davranışı müzakirə yaratdı: "İkinci zolaqda saxlayıb aptekə getdi"
Bakıda "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu ilə bağlı diqqətçəkən hadisə baş verib.
Bakıda "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu ilə bağlı diqqətçəkən hadisə baş verib.
Gundem.today xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.
Bildirilib ki, paytaxtın 7-ci mikrorayon ərazisində "BakuBus"a məxsus avtobusunun sürücüsü nəqliyyat vasitəsini yolun ikinci zolağında saxlayaraq yaxınlıqdakı aptekə gedib. Nəticədə nəqliyyat vasitələrinin hərəkətinə mane olub.
Gundem.today-a açıqlamasında "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva faktı təsdiqləyib. O bildirib ki, qeyd olunan hal Abay Kunanbayev küçəsində qeydə alınıb.
"Belə ki, avtobusun sürücüsü hərəkət zamanı səhhətində yaranan narahatlıq səbəbindən nəqliyyat vasitəsini dayandırıb və dərman almaq məqsədilə aptekə daxil olub. Bildiririk ki, baş verən vəziyyət sürücünün səhhəti ilə bağlı yaranmış zərurətdən irəli gəlib. Bununla belə, sürücü ilə profilaktik söhbət aparılıb, analoji hallarda daha diqqətli davranması və qaydalara uyğun hərəkət etməsi ilə bağlı müvafiq tövsiyələr verilib", - deyə Ə.Əliyeva bildirib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda akademik Zərifə Əliyevanın 103 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 103 illiyinə və Mərkəzin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.
CəmiyyətHəmid Qasımov tələbəyə yüksək vəzifə verdi - FOTO
Mingəçevir şəhər təhsil sektoruna yeni müdir təyin olunub.
CəmiyyətSabunçuda yoldakı təhlükə nə vaxt aradan qaldırılacaq? - Sürücülərin ŞİKAYƏTİ
Bakının Sabunçu rayonu ərazisində yolda yaranmış təhlükəli vəziyyət sürücüləri narahat edir.
CəmiyyətSəbaildə təhlükəli yol: Lüklər sürücülər üçün risk yaradır - VİDEO
Bakının Səbail rayonu ərazisində yollardan birində sürücülər üçün təhlükəli vəziyyət yaranıb.