Son dəqiqə
Manuel Noyer Çempionlar Liqasında antirekorda imza atdıAbşeronda SİLSİLƏ ƏMƏLİYYATLAR - Saxlanılanlar arasında qadınlar da var - VİDEOUkraynaya məxsus PUA Qazaxıstanın Rusiya ilə sərhədində yerə çırpılıb - VİDEODaha 33 ailənin Xocalı həsrətinə son qoyulurNarkotikin təsiri altında maşını qanunsuz sürən şəxs HƏBS OLUNDUXaçmazda dəhşətli qəza: Ölənlər var
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Hadisə
  3. Şuşaya gedən ailə qəzaya düşdü: Ölən və yaralanan var - FOTO
Şuşaya gedən ailə qəzaya düşdü: Ölən və yaralanan var - FOTO
Hadisə

Şuşaya gedən ailə qəzaya düşdü: Ölən və yaralanan var - FOTO

Bu gün
11:20
0 baxış
Paylaş:

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, aprelin 29-da saat 00:30-da üç nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasının, 1 nəfər isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2018-ci il təvəllüdlü şəxs (kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. Hazırda üç nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 1970-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti ağır, 1992-ci il təvəllüdlü (qadın) şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 1967-ci il təvəllüdlü şəxsin (kişi) isə vəziyyəti orta ağırdır. Qeyd edək ki, hadisə ilə əlaqədar 2016-cı il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gundem.today-ın məlumatına görə, hadisə aprelin 29-da gecə saatlarında Yevlax-Ləki yolunda baş verib.

Şuşadan olan keçmiş məcburi köçkün Şakir Həsənov özünə məxsus VAZ-2107 avtomobilində idarəetməni itirərək yolun kənarındakı kanala aşıb. Hadisə nəticəsində Ş.Həsənovun nəvəsi, avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva dünyasını dəyişib, sürücü özü isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Ş.Həsənov ailəsi ilə birlikdə Şuşa şəhərinə gedirmiş. O, yolda sükan arxasında yuxulayıb və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Yol-nəqliyyat_hadisəsi#Ölüm_hadisəsi#Yevlax_rayonu#Məcburi_köçkün

Oxşar Xəbərlər

Xaçmazda dəhşətli qəza: Ölənlər varHadisə

Xaçmazda dəhşətli qəza: Ölənlər var

Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün
12:160
Bakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi - Ölən varHadisə

Bakıda gənc oğlan 14 yaşlı qızla hamamda dəm qazından zəhərləndi - Ölən var

Bakıda iki nəfər dəm qazından zəhərlənib.

Bu gün
12:040
Kürdəmirdə fərdi yaşayış evində YANĞIN - Ölən varHadisə

Kürdəmirdə fərdi yaşayış evində YANĞIN - Ölən var

Kürdəmirdə fərdi yaşayış evində yanğın baş verib.

Bu gün
11:560
Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu - FOTOHadisə

Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu - FOTO

Türkiyənin Samsun bölgəsində Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobildə yanğın baş verib.

Bu gün
11:400