
Ukraynaya məxsus PUA Qazaxıstanın Rusiya ilə sərhədində yerə çırpılıb - VİDEO
Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Qazaxıstanın Aqtobe vilayəti ərazisində qəza edib.
Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Qazaxıstanın Aqtobe vilayəti ərazisində qəza edib.
Gundem.today xəbər verir ki, bu barədə məlumatı "Mash" "Telegram" kanalı yayıb.
Bildirilib ki, hadisə aprelin 29-da Rusiyanın Orenburq vilayəti ilə sərhədin yaxınlığında baş verib. Orada yerləşən Alimbetovka kəndinin sakinləri qəzaya uğrayan PUA aşkarlayıblar. Onlar deyiblər ki, yerli vaxtla təxminən 08:30-da ağır bir cismin yerə çırpılmasından yaranan bərk gurultu eşidilib.
Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal insidentin baş verdiyi əraziyə cəlb olunublar. Hadisə ilə bağlı başqa detallar açıqlanmayıb.
Bu arada Rusiya Federasiyasının Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, aprelin 29-na keçən gecə Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən təyyarə növlü 98 Ukrayna dronu məhv edilib.
Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsevin sözlərinə görə, bölgədə fəaliyyət göstərən bir sıra sənaye obyektlərinə Ukrayna PUA-ları tərəfindən hücum cəhdləri qeydə alınıb. O, əlavə edib ki, HHM sistemləri dörd ədəd pilotsuz obyekti zərərsizləşdirməyə müvəffəq olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-Çin münasibətlərində gərginlik artır - Strateji maraqların toqquşduğu məqamlar
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin gözlənilən görüşü ərəfəsində Pekin və Vaşinqton arasında süni intellekt (Sİ) və İran məsələləri üzrə ziddiyyətlər dərinləşir.
Dünya"Hizbullah" döyüşçüləri İsrailin "Hermes 900" PUA-sını vurdular
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Livanın cənubunda "Hizbullah" döyüşçüləri tərəfindən raketlə vurulub.
DünyaOman Tehranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
İran Hörmüz boğazından keçən gəmilərdən rüsum yığılması üçün beynəlxalq dəstək almağa çalışsa da Fars körfəzi ölkələri bu təşəbbüsə qarşı çıxıb.
DünyaTrampa hücum etməkdə şübhəli bilinən şəxsin saxlanılmasının təfərrüatı bəlli oldu
ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinən Koul Allen büdrəyib yıxıldıqdan sonra saxlanılıb.