Son dəqiqə
"AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransın açılışı olub - FOTO"Qarabağ"dan xanım azarkeşlərinə növbəti jestBahar Muradova: "AQEM Qadınlar Şurasının yaradılması Azərbaycanın təşəbbüsüdür"Namizəd Səfərovla bağlı YENİ QƏRARDənizdən mühasirə: İran yumşalacaqmı? - VİDEOŞanlıurfada liseyə silahla hücum edən şəxslə bağlı TƏFƏRRÜAT - ANBAAN GÖRÜNTÜLƏR
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. "Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı qərar qəbul olundu
"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı qərar qəbul olundu
Kriminal

"Talassemiya işi" üzrə təqsirləndirilən şəxslərlə bağlı qərar qəbul olundu

Bu gün
13:44
0 baxış
Paylaş:

Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova barəsində zərərçəkən tərəfin verdiyi kassasiya şikayəti təmin olunmayıb.

Talassemiyalı uşaqlar və digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova barəsində zərərçəkən tərəfin verdiyi kassasiya şikayəti təmin olunmayıb.

Gundem.today "Report"a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nuridə Seyidova 8 il 6 ay, Aynur Bayramova 7 il 6 ay, Aysel Məmmədova isə 6 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.

Hökmdən həm zərərçəkənlər, həm də təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslərin şikayətini təmin etməyib. Zərərçəkən şəxslərin bir neçəsinin şikayəti isə qismən təmin edilib.

Belə ki, Bakı Apellyasiya Məhkəməsi zərərçəkən Aysel Abdullayevaya dəymiş mənəvi ziyana görə 1000 manat, Kamil Əhmədova isə 800 manat məbləğində vəsait ödənilməsi ilə bağlı qərar verib.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub.

Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub.

Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Dələduzluq_cinayəti#Talassemiya_xəstəliyi#Bakı_Ağır_Cinayətlər_Məhkəməsi#Bakı_Apellyasiya_Məhkəməsi#Ali_Məhkəmə

Oxşar Xəbərlər

Namizəd Səfərovla bağlı YENİ QƏRARKriminal

Namizəd Səfərovla bağlı YENİ QƏRAR

Dələduzluq etməkdə təqsirləndirilən keçmiş vəkil Namizəd Səfərov barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Bu gün
14:480
Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu AZADLIĞA BURAXILDIKriminal

Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu AZADLIĞA BURAXILDI

Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.

Bu gün
13:040
İnsan alverində təqsirləndirilən iki qadın həbs edildi - VİDEOKriminal

İnsan alverində təqsirləndirilən iki qadın həbs edildi - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 28 yaşlı E.Q. və 27 yaşlı X.H. şərti adlı şəxslər həbs ediliblər.

Bu gün
12:200
"OpenAI" rəhbərinə qarşı sui-qəsd cəhdi: 20 yaşlı gənci 30 ilədək həbs cəzası gözləyirKriminal

"OpenAI" rəhbərinə qarşı sui-qəsd cəhdi: 20 yaşlı gənci 30 ilədək həbs cəzası gözləyir

ABŞ hakimiyyəti San-Fransiskoda (Kaliforniya ştatı) "OpenAI" şirkətinin baş direktoru Sem Altmanın evinə "Molotov kokteyli" atan və qurumun baş qərargahının əməkdaşlarını hədələyən şəxsə qarşı ittiham irəli sürüb.

Bu gün
12:120