Son dəqiqə
Ağstafa çayından sel keçib, rayon mərkəzi ilə əlaqə çətinləşib - FOTOÇempionlar Liqasında qalmaqal: UEFA "Barselona"nın şikayətini rədd etdiTələbə yoldaşını bıçaqlayan şəxsin təkrar ekspertizası tələb edildiBakıda binada PARTLAYIŞ: Kondisioner ustası ÖLDÜ, xəsarət alanlar var"Yelo Bank" ilk rübdə faiz gəlirlərini 25% artırıbİranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Şanlıurfada liseyə silahla hücum edən şəxslə bağlı TƏFƏRRÜAT - ANBAAN GÖRÜNTÜLƏR
Şanlıurfada liseyə silahla hücum edən şəxslə bağlı TƏFƏRRÜAT - ANBAAN GÖRÜNTÜLƏR
Dünya

Şanlıurfada liseyə silahla hücum edən şəxslə bağlı TƏFƏRRÜAT - ANBAAN GÖRÜNTÜLƏR

Bu gün
14:33
0 baxış
Paylaş:

Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə pnevmatik silahla atəş açan və 16 nəfəri yaralayan şəxslə bağlı bəzi məqamlar məlum olub.

Şanlıurfanın Siverek rayonunda yerləşən liseydə pnevmatik silahla atəş açan və 16 nəfəri yaralayan şəxslə bağlı bəzi məqamlar məlum olub.

Gundem.today xəbər verir ki, bu barədə "Demirören" xəbər agentliyi (DHA) məlumat yayıb.

Bildirilib ki, məktəbin keçmiş şagirdi Ömer Ketin hadisədən öncə təhsil ocağının sosial media hesablarına təhdid mesajları göndərib. O, məktəbə - "Hazır olun, bir neçə gündən sonra hücum olacaq", - deyə mesajlar ünvanlayıb.

Şanlıurfanın Siverek rayonunda liseydə baş verən atışmanın anbaan görüntüləri yayımlanıb.

Gundem.today DHA-ya istinadən həmin görüntüləri təqdim edir:

Bu səhər Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu liseyində baş verən atışma 2007-ci il təvəllüdlü məktəbin keçmiş şagirdi Ö.K. tərəfindən törədilib.

Gundem.today xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 10 şagird, dörd müəllim, bir polis məmuru və bir yeməkxana əməkdaşı yaralanıb. Nazirlikdən bildirilib ki, xəsarət alanlar müalicə üçün Siverek Dövlət Xəstəxanasına aparılıblar. Məlumata görə, hücumu pnevmatik silahla həyata keçirən cinayətkar hadisədən sonra eyni silahla özünə qəsd edib.

Şanlıurfanın Siverek rayonunda bir nəfərin liseyə daxil olub, tüfənglə atəş açması nəticəsində şagirdlər də daxil olmaqla 16 nəfər yaralanıb.

Gundem.today xəbər verir ki, bu barədə "Milliyet" nəşri mənbələrə istinadən məlumat yayıb. Hadisə ilə bağlı Şanlıurfa valisi Hasan Şıldak deyib ki, hücum edən şəxs məktəbin keçmiş şagirdi olan 2007-ci il təvəllüdlü şəxsdir. Onun sözlərinə görə atışmadan sonra, o, özünü güllələyib. Vali bildirib ki, şagirdlər məktəbdən artıq təxliyə olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda lisey qarşısında silahlı insident baş verib.

Gundem.today xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Bildirilib ki, hücum edən şəxs məktəb ərazisinə daxil olaraq nizamsız şəkildə atəş açıb. Hadisə nəticəsində yeddi nəfərin yaralandığı bildirilir. Yaralılar yaxınlıqdakı tibb müəssisələrinə aparılıblar. Hadisə ilə bağlı araşdırma başlayıb.

Публикация от Gundem.today Türkçe (@oxuazturkce)

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Şanlıurfa#Siverek#məktəbə_hücum#silahlı_hücum#atışma#yaralılar#Türkiyə_xəbərləri#kriminal_hadisə#silahlı_basqın

Oxşar Xəbərlər

İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?Dünya

İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?

İranın hava məkanı təxminən aprelin 18-i səhər saatlarına qədər bağlı qalacaq.

Bu gün
16:200
Pezeşkian Avropanı İran-ABŞ danışıqlarında konstruktiv rol oynamağa çağırdıDünya

Pezeşkian Avropanı İran-ABŞ danışıqlarında konstruktiv rol oynamağa çağırdı

"Avropa ABŞ-ni beynəlxalq normalar çərçivəsində İranla danışıqlar aparmağa təşviq edərək, İslam Respublikası ətrafındakı böhranın həllində konstruktiv rol oynaya bilər".

Bu gün
15:440
ABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilərDünya

ABŞ-də nəhəng aviaşirkət yaranır? - Yanacağın bahalaşması rəqibləri birləşdirə bilər

Amerika Birləşmiş Ştatlarının dörd aparıcı aviaşirkətindən biri sayılan "United Airlines" əsas rəqiblərindən olan "American Airlines" ilə birləşmə ehtimalını araşdırır.

Bu gün
15:120
Kamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldıDünya

Kamal Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş lideri Kamal Kılıçdaroğlu 11 ay 20 gün həbs cəzasına məhkum edilib.

Bu gün
15:000