
Tanınmış professor işdən çıxdı - FOTO
Uzun müddət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi planlama departamentinin rəhbəri vəzifəsində çalışmış Hikmət İbrahimli vəzifəsindən ayrılıb.
Uzun müddət İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Tibbi planlama departamentinin rəhbəri vəzifəsində çalışmış Hikmət İbrahimli vəzifəsindən ayrılıb.
Gundem.today İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu vəzifədən əvvəl Hikmət İbrahimli Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Səhiyyənin təşkili və menecmenti kafedrasının müdiri vəzifəsində çalışıb.
O, COVID-19 pandemiyasının ilk günlərindən etibarən karantin və pandemiya dövründə tibbi qərargahın üzvü olub.
Hikmət İbrahimli Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 aprel 2024-cü il tarixli qərarı ilə "professor" elmi adına layiq görülüb
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ayrıldıqdan sonra o, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyənin təşkili və menecmenti kafedrasında elmi və pedaqoji fəaliyyətini davam etdirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda 31 yeni abidə aşkarlanıb - FOTO
Bakı şəhərinin Yasamal rayonunda yeni aşkar edilmiş 31 abidə nümunəsinin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq üçün aidiyyəti üzrə təqdim olunub.
CəmiyyətÖvladla ünsiyyətə icazə verməyən valideyn CƏZALANDIRILA BİLƏR - Ali Məhkəmədən İZAH
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında izah edir ki, valideynlərin və uşaqların şəxsiyyət hüquqları pozularsa, həmin hüquqların bərpası ilə yanaşı mənəvi zərərin ödənilməsi də tələb edilə bilər. Valideynlər uşaqların tərbiyə və təhsilində iştirak etmək, uşaqla ünsiyyətdə olmaq, yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmət gözləmək, ailə qanunvericiliyi ilə təsbit edilmiş digər hüquqlara malikdir. Bu hüquqlar eyni qaydada övla
CəmiyyətAzərbaycanda 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb
Respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb.
CəmiyyətXaricdə təhsil üzrə sənəd qəbulu BAŞLADI - Müraciət qaydası - VİDEO
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026-2027-ci tədris ilində dünyanın məşhur universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu elan olunub.