Son dəqiqə
Nüfuz alverində ittiham olunan polkovnikə HÖKM OXUNDUHacı Əliyevə YÜKSƏK RÜTBƏ verildiAzərbaycanda narkotikə görə 13 əcnəbi həbs edilibİran neft hasilatını kəskin azaltmalı olacaq - Anbarlar nə zaman tam dolacaq?Ciddi nöqsanlar aşkarlanan mebel sexinin FƏALİYYƏTİ DAYANDIRILDI - FOTO - VİDEOSovet dövründə dəyirmana çevrilərək dağıdılmaqdan xilas edilən məscid - FOTOREPORTAJ
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Azərbaycanda 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb
Azərbaycanda 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb
Cəmiyyət

Azərbaycanda 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb

Bu gün
11:12
0 baxış
Paylaş:

Respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb.

Respublikanın dağ rayonları istisna olmaqla 2025-2026-cı illər payız-qış mövsümü başa çatıb.

Gundem.today xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC məlumat yayıb.

Bildirilib ki, mövsüm ərzində istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə qazanxanalar, istilik xətləri və digər infrastruktur obyektləri stabil rejimdə istismar edilmiş, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılıb.

"Hesabat dövründə cəmiyyət tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 549 qazanxana (balansında olan 523, xidmət 26) istismar edilməklə 3 800 yaşayış binası, təxminən 176 500 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə obyekti , 2 800-dən artıq sosial və digər təsərrüfat obyekti istilik enerjisi ilə təmin olunub.

O cümlədən, regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib.

İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhəri və regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayış binasında yerləşən 3 111 mənzil, 123 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin olunub.

Mövsüm ərzində 1 309 qazan qurğusu, 3 450 nasos avadanlığı, 1 000 km-ə yaxın magistral və məhəllədaxili istilik xətləri, ümumilikdə 80 000-dən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğuların texniki təhlükəsizlik və texniki istismar qaydalarına uyğun istismarı təmin edilib.

2026-cı ilin birinci rübündə 924 820 Gkal istilik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 910 Gkal və ya 3.7 faiz çox olub.

Bu mövsümdə istismar müddəti başa çatmış daha 7 ədəd köhnə tipli qazanxananın yenidən qurulması işləri tamamlanıb və istismara verilib.

Cari ilin 3 ayı ərzində istilik enerjisinin 99.87 faizi qaz yanacağı, 0.13 faizi isə elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal edilib. Ümumi istehsalın 513 Gkal və ya 0.055 faizi Şuşa şəhərində yeni tikilən elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsal edilib.

İstilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb. Qarşıdakı dövrdə əsas diqqət təmir-bərpa işlərinə, enerji səmərəliliyinin artırılmasına və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə yönəldiləcək", - deyə məlumatda qeyd olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azəristiliktəchizat#istilik_mövsümü_2025_2026#payız-qış_mövsümü#istilik_təchizatı#isti_su_təminatı#qazanxanalar#istilik_enerjisi_istehsalı#Azərbaycanda_istilik_sistemi#qışa_hazırlıq#Şuşa_elektrik_qazanxanası.

Oxşar Xəbərlər

Ciddi nöqsanlar aşkarlanan mebel sexinin FƏALİYYƏTİ DAYANDIRILDI - FOTO - VİDEOCəmiyyət

Ciddi nöqsanlar aşkarlanan mebel sexinin FƏALİYYƏTİ DAYANDIRILDI - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi, ev 21 ünvanında fəaliyyət göstərən mebel sexində yoxlama keçirilib.

Bu gün
12:000
Bakıda 31 yeni abidə aşkarlanıb - FOTOCəmiyyət

Bakıda 31 yeni abidə aşkarlanıb - FOTO

Bakı şəhərinin Yasamal rayonunda yeni aşkar edilmiş 31 abidə nümunəsinin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq üçün aidiyyəti üzrə təqdim olunub.

Bu gün
11:360
Övladla ünsiyyətə icazə verməyən valideyn CƏZALANDIRILA BİLƏR - Ali Məhkəmədən İZAHCəmiyyət

Övladla ünsiyyətə icazə verməyən valideyn CƏZALANDIRILA BİLƏR - Ali Məhkəmədən İZAH

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında izah edir ki, valideynlərin və uşaqların şəxsiyyət hüquqları pozularsa, həmin hüquqların bərpası ilə yanaşı mənəvi zərərin ödənilməsi də tələb edilə bilər. Valideynlər uşaqların tərbiyə və təhsilində iştirak etmək, uşaqla ünsiyyətdə olmaq, yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmət gözləmək, ailə qanunvericiliyi ilə təsbit edilmiş digər hüquqlara malikdir. Bu hüquqlar eyni qaydada övla

Bu gün
11:280
Xaricdə təhsil üzrə sənəd qəbulu BAŞLADI - Müraciət qaydası - VİDEOCəmiyyət

Xaricdə təhsil üzrə sənəd qəbulu BAŞLADI - Müraciət qaydası - VİDEO

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026-2027-ci tədris ilində dünyanın məşhur universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu elan olunub.

Bu gün
11:000