
Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI
Masallıda avtomobili cızan şəxs cərimələnib.
Masallıda avtomobili cızan şəxs cərimələnib.
Gundem.today Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərdəki hotellərdən birinin qarşısında baş verib.
26 yaşlı Behbud Quliyev (ad və soyad şərtidir - red.) hotelin qarşısında saxlanılan bir qadına məxsus "Changan Unı-T" markalı avtomobili bıçaqla cızıb. Avtomobili sahibinin şikayəti əsasında Behbud saxlanılıb və barəsində protokol tərtib olunub.
Behbud ifadəsində bildirib ki, hadisə zamanı tək olmayıb. O və tanışı olan qız bıçaqla avtomobilin üzərinə öz adlarını yazıblar. Behbud Quliyev məhkəmədən barəsində aşağı həddə cərimə cəzası tətbiq olunmasını xahiş edib.
Məlum olub ki, hadisə zamanı avtomobilə ümumilikdə 1 788 manat ziyan dəyib.
Məhkəmənin qərarı ilə B.Quliyev barəsində 1 788 manat məbləğində cərimə cəzası təyin edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəMəhkəmə "Karaca Group"u cərimələdi
"Karaca Group" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) Nərimanov rayonunda yerləşən "Karaca" qab-qacaq satışı mağazası barəsində inzibati protokol yazılıb.
HadisəAzərbaycanda stadionda daha bir ÖLÜM
Sumqayıtda stadionda ölüm hadisəsi baş verib.
HadisəŞəkidə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların son vəziyyəti açıqlanıb - FOTO
"Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 2004 və 2010-cu il təvəllüdlü iki nəfər (kişi) mayın 6-da saat 02:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
HadisəŞəkidə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların son vəziyyəti açıqlandı - FOTO
"Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 2004 və 2010-cu il təvəllüdlü iki nəfər (kişi) mayın 6-da saat 02:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".