Şəkidə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların son vəziyyəti açıqlandı - FOTO
"Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 2004 və 2010-cu il təvəllüdlü iki nəfər (kişi) mayın 6-da saat 02:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

Bu məlumat Gundem.today-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
"Onlardan bir nəfərin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir. Digər şəxs isə öz istəyi ilə Goranboy rayonunda yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.today xəbər verir ki, hadisə bu gün saat 2 radələrində Şəki şəhəri ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 23 yaşlı Elçin Əhmədli hadisə yerində ölüb, sürücü 22 yaşlı Ömər Tanrıverdiyev və digər sərnişin, 16 yaşlı yeniyetmə xəsarət alıblar.
Fotoda Elçin Əhmədli
Faktla bağlı araşdırma aparılır.
Aqil Vəlili
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAzərbaycanda stadionda daha bir ÖLÜM
Sumqayıtda stadionda ölüm hadisəsi baş verib.
HadisəŞəkidə ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların son vəziyyəti açıqlanıb - FOTO
"Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 2004 və 2010-cu il təvəllüdlü iki nəfər (kişi) mayın 6-da saat 02:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".
HadisəMingəçevirdə dava: 60 yaşlı kişinin BAŞI KƏRPİC ZƏRBƏSİLƏ YARILDI
Mingəçevirdə mübahisə zamanı 60 yaşlı kişiyə ağır xəsarət yetirilib.
HadisəMingəçevirdə dava: 60 yaşlı kişinin BAŞI KƏRPİCLƏ YARILDI
Mingəçevirdə mübahisə zamanı 60 yaşlı kişiyə ağır xəsarət yetirilib.