
Tanışını bıçaqlayıb qaçdı, cəza alarkən maddəsi dəyişdirildi
Bakının Sabunçu rayonu ərazisində mübahisə etdiyi şəxsə bıçaqla xəsarət yetirən Qulu Məmmədovun cinayət işinin məhkəməsi yekunlaşıb.
Bakının Sabunçu rayonu ərazisində mübahisə etdiyi şəxsə bıçaqla xəsarət yetirən Qulu Məmmədovun cinayət işinin məhkəməsi yekunlaşıb.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Qulu Məmmədov üç il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2024-cü ilin martında baş verib. Qulu Məmmədov mübahisə zəminində tanışı Şamil Nəbiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. O, barəsində verilmiş axtarış tədbirləri ilə saxlanılaraq istintaqa cəlb edilib.
Onu da bildirək ki, tərəflər arasında barışıq olduğundan məhkəmə onun barəsindəki Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsini 126.1-ci maddəsinə tövsif edərək hökm çıxarıb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalTale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəmə baxışı keçirilib.
KriminalAtasını öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başladı
Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
KriminalBakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİ
Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
KriminalBaş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatları zamanı 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.