
Atasını öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başladı
Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Gundem.today-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
A.Vəlizadənin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası mayın 6-na təyin olunub.
Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi, "Gülçülük sovxozu" adlanan ərazisində baş verib.
Qəsəbə sakini - 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
İlkin araşdırmalarla İ.Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələr müəyyən olunub. O, təqsirləndirilən şəxs qismində istintaqa edilib.
Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalTale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəmə baxışı keçirilib.
KriminalTanışını bıçaqlayıb qaçdı, cəza alarkən maddəsi dəyişdirildi
Bakının Sabunçu rayonu ərazisində mübahisə etdiyi şəxsə bıçaqla xəsarət yetirən Qulu Məmmədovun cinayət işinin məhkəməsi yekunlaşıb.
KriminalBakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİ
Nərimanov rayonunda yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazadan 100 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
KriminalBaş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatları zamanı 49 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.