
TƏBİB: "Yeni direktorların təyin olunması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir"
"Bəzi kütləvi informasiya vasitələrində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur".
"Bəzi kütləvi informasiya vasitələrində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur".
Gundem.today xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Məlumatda bildirilib ki, yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib:
"Qeyd edək ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır.
Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətDövlət qoruğu BUZA QARŞI DUZ alacaq - 250 tonluq tender
"Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi" publik hüquqi şəxsi 250 ton texniki duz satın almağı planlaşdırır.
CəmiyyətNazir aparat rəhbəri və müşavir təyin etdi - FOTO
Gənclər və İdman Nazirliyində yeni kadr təyinatları olub.
CəmiyyətBinədə iki avtomobil TOQQUŞDU: Xəsarət alan var - FOTO - VİDEO
Bakının Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
CəmiyyətSabah 19 dərəcə isti olacaq - 24.04.2026
Azərbaycanda aprelin 24-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.