
Tehran BƏƏ-dəki neft obyektlərindəki yanğına görə ABŞ-ni günahlandırdı
Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) neft zonasında törədilən yanğının arxasında ABŞ dayanır.
Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) neft zonasında törədilən yanğının arxasında ABŞ dayanır.
Gundem.today xəbər verir ki, bu barədə İranın IRIB dövlət teleradio şirkəti Tehrandakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, İranın heç bir halda neft obyektlərinə hücum etmək planı olmayıb.
"Baş verən hadisə Hörmüz boğazından gəmilərin keçidini təmin etmək üçün dəhliz yaratmağa çalışan ABŞ hərbçilərinin avantürizminin nəticəsidir. Məhz ABŞ hərbçiləri bu hadisəyə görə məsuliyyət daşımalıdırlar", - deyə mənbə bildirib.
Xatırladaq ki, bir qədər əvvəl BƏƏ-nin Əl-Füceyrə əmirliyindəki neft-sənaye kompleksinin ərazisində pilotsuz uçuş aparatının (PUA) zərbəsi səbəbindən yanğın baş verdiyi bildirilmişdi. Rəsmi qurumların məlumatına görə, sözügedən PUA İran ərazisindən buraxılıb. Xilasetmə xidmətləri artıq alovun məhdudlaşdırılması və söndürülməsi istiqamətində işlərə başlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaÇində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı
Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb.
Dünya"Bitcoin"in qiyməti son üç ayın maksimumunu yenilədi
"Bitcoin"in dəyəri 79,5 min dollara yüksələrək son üç ayın maksimumunu yeniləyib.
DünyaAğ Ev Donald Trampı növbəti dəfə yeni obrazda təqdim etdi - FOTO
Ağ Ev ABŞ Prezidenti Donald Trampın məşhur "Ulduz müharibələri" filminin personajı obrazında fotosunu yayımlayıb.
DünyaABŞ İrana qarşı yenidən hücuma hazırlaşır?
ABŞ-yə məxsus azı altı yanacaqdolduran hərbi təyyarə hazırda Fars və Oman körfəzlərinin hava məkanında uçuşlar həyata keçirir.