
Telefonunuzdakı gizli təhlükə: Pullarınızı səssizcə oğurlaya bilərlər
Azərbaycanda mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətlərinin sürətli genişlənməsi maliyyə əməliyyatlarının daha rahat və operativ aparılmasına imkan yaradır. Lakin bu inkişafla paralel olaraq kibertəhlükəsizlik məsələləri də daha aktual xarakter alır. Son dövrlərdə mobil ödəniş platformalarından biri ilə bağlı hesabların dondurulması və vəsaitlərin təhlükəsizliyi ətrafında yaranan müzakirələr rəqəmsal maliyyə ekosistemində təhlükəsizlik mexanizmlərinin vacibliyini bir daha gündəmə gətirib.
Azərbaycanda mobil ödəniş və rəqəmsal pul kisəsi xidmətlərinin sürətli genişlənməsi maliyyə əməliyyatlarının daha rahat və operativ aparılmasına imkan yaradır. Lakin bu inkişafla paralel olaraq kibertəhlükəsizlik məsələləri də daha aktual xarakter alır. Son dövrlərdə mobil ödəniş platformalarından biri ilə bağlı hesabların dondurulması və vəsaitlərin təhlükəsizliyi ətrafında yaranan müzakirələr rəqəmsal maliyyə ekosistemində təhlükəsizlik mexanizmlərinin vacibliyini bir daha gündəmə gətirib.
Bəs bu hadisədən hansı dərslər çıxarılmalıdır?
Gundem.today mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"Kibercinayətkarların hədəfi çox vaxt orta və yaşlı nəsil nümayəndələri olur"
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti İlkin Əzməmmədov "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, istifadəçi vəsaitlərinin qorunması prosesində təşkilatlarla yanaşı vətəndaşlar da aktiv iştirak etməlidirlər: "Bəzən kibercinayətkarlar vətəndaşları müxtəlif üsullarla şirnikləndirərək onların onlayn pul kisəsi məlumatlarından istifadə etməyə çalışırlar. Vətəndaşlar heç bir halda öz məlumatlarını və kabinet girişlərini başqaları ilə bölüşməməlidirlər. Orta və yaşlı nəsil nümayəndələrinin texnologiyadan daha az istifadə etməsini nəzərə alaraq, maliyyə təşkilatları onlayn ödənişləri istifadəçinin istəyi ilə aktivləşdirsələr, məsuliyyəti daha balanslı bölüşmüş olarlar. Maliyyə təşkilatları da tətbiqdaxili kiber gigiyena ilə bağlı maarifləndirmə təlimləri həyata keçirə bilər".
Mütəxəssis bildirir ki, kibercinayətkarların hədəfi çox vaxt orta və yaşlı nəsil nümayəndələri olur: "Bunun qarşısını almaq üçün texnologiyadan az istifadə edən vətəndaşların bank hesablarında onlayn ödəniş funksiyalarının standart olaraq bağlı olması daha təhlükəsiz hesab oluna bilər. Kibertəhlükəsizliyin qorunması ilə bağlı Mərkəzi Bankın tələbləri kifayət qədər sərtdir. Banklar da bu istiqamətdə təhlükəsizliyi təmin etmək üçün ciddi tədbirlər görürlər. Bir çox hallarda vəsait oğurluğu vətəndaş səhvləri səbəbindən baş verir. Məsələn, istifadəçilər öz məlumatlarını başqaları ilə bölüşə və ya telefonlarına lisenziyası sındırılmış mobil tətbiqlər yükləyə bilirlər. Bu kimi sındırılmış tətbiqlər çox vaxt istifadəçilərin telefonlarında olan maliyyə tətbiqlərini hədəf alır".
"Məsuliyyətin böyük hissəsi istifadəçilərin üzərinə düşür"
AKTA mütəxəssisi kibertəhlükəsizlik insidentlərini belə izah edir: "Məsələn, "Telegram" və ya "WhatsApp" üzərindən vətəndaşlara yazaraq müəyyən məbləğdə pul təklif edir və onların şəxsi kabinet məlumatlarından istifadə etməyə çalışırlar. Vətəndaş çox vaxt bilmir ki, onun şəxsi kabineti onlayn qumar oyunları və ya digər vətəndaşlardan oğurlanmış pulların xaricə köçürülməsi üçün istifadə oluna bilər. Digər bir misal olaraq, kibercinayətkarlar vətəndaşların yaxınlarının adından yazaraq borc kimi pul istəyirlər. Vətəndaş yaxınları ilə dəqiqləşdirmədən pul göndərərsə, vəsaiti oğurlana bilər. Başqa bir halda isə vətəndaş elan saytlarında elan yerləşdirir və kibercinayətkarlar ona link göndərərək kart məlumatlarını ələ keçirməyə çalışırlar. Vətəndaş məlumatlarını paylaşdıqda vəsaitləri oğurlana bilər. Hər bir şəxs bilməlidir ki, dövlət qurumlarının və ya maliyyə təşkilatlarının vətəndaşların şəxsi kabinet və ya kart məlumatlarına heç vaxt ehtiyacı olmur. Bəzən vətəndaşlar məlumat paylaşmadıqlarını desələr də, vəsait oğurluğu baş verə bilir. Bir çox hallarda telefonlar yoxlanıldıqda lisenziyası sındırılmış tətbiqlərə rast gəlinir. Bu tətbiqlər kibercinayətkarlar üçün arxa qapı rolunu oynaya və onların telefonlara daxil olaraq maliyyə tətbiqlərindəki vəsaitləri oğurlamasına şərait yarada bilər. Bəzi banklar root və ya jailbreak edilmiş telefonlarda öz tətbiqlərinin istifadəsini məhdudlaşdırır. Lakin lisenziyası sındırılmış tətbiqlərə qarşı bütün hallarda tam texniki müdafiə mümkün olmur və bu baxımdan məsuliyyətin böyük hissəsi istifadəçilərin üzərinə düşür".
"İnternet mühiti hələ də kəşf edilməmiş çoxsaylı boşluqlarla zəngindir"
Çıxış yoluna gəldikdə isə, mütəxəssis vurğulayır ki, platformalar xaricə pul köçürmələrini, onlayn ödənişləri və şəxsi kabinetlərə daxilolmaları izləmə kimi təhlükəsizlik tədbirləri tətbiq edə bilərlər: "Şübhəli hesab olunan əməliyyatlar avtomatik bloklanaraq yalnız vətəndaşın təsdiqindən sonra icra oluna bilər. Texnologiyadan daha az istifadə edən vətəndaşlar üçün isə xaricə onlayn ödəniş funksiyalarının standart olaraq deaktiv edilməsi əlavə təhlükəsizlik qatını təmin edə bilər. Texnologiya sürətlə inkişaf edir və bu inkişafla paralel olaraq yeni təhlükəsizlik boşluqları da yaranır. Kibertəhlükəsizlik sistemində ən zəif halqa çox vaxt insan faktoru hesab olunur. Milyonlarla manat həcmində kibertəhlükəsizlik investisiyası belə, bir insan səhvi nəticəsində risk altına düşə bilər".
İ.Əzməmmədov vurğuladı ki, hər təşkilat və vətəndaş səhvlərin təkrarlanmaması üçün mümkün tədbirləri görməyə çalışır. Lakin internet mühiti hələ də kəşf edilməmiş çoxsaylı boşluqlarla zəngindir: "Kiberci
Oxşar Xəbərlər
CəmiyyətBakının bahalı evləri və iri villaları ilə diqqət çəkən köhnə məhəlləsi: "Vorovski"dən REPORTAJ - VİDEO
Baku TV Bakının köhnə məhəllələrindən biri - "Vorovski" haqqında reportaj hazırlayıb.
CəmiyyətQanun var, amma əməl olunmur - Azərbaycanda yenə qohum evliliyi baş tutub
Azərbaycanda qohum evliliklərinə qoyulan qadağaya baxmayaraq, Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının - xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib. Qeyd edək ki, Azərbaycanda yaxın qohumlar arasında nikah qanunla qadağan olunub. Bəs bu qadağaya nə dərəcədə əməl edilir və belə halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
CəmiyyətMəmmədlidə baş verən ağır qəzada xəsarət alanların son vəziyyəti AÇIQLANDI
Ötən gün Abşeron rayonunun Məmmədli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.
CəmiyyətSürücülərin NƏZƏRİNƏ: Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq
Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.