
Uqanda generalından Türkiyəyə absurd tələb: Bir milyard dollar və ən gözəl qadın...
Uqanda prezidentinin oğlu, ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı general Muhoozi Kainerugaba Türkiyədən 1 milyard dollar və həyat yoldaşı kimi "ölkənin ən gözəl qadınını" tələb edib.
Uqanda prezidentinin oğlu, ölkənin xüsusi təyinatlı qüvvələrinin komandanı general Muhoozi Kainerugaba Türkiyədən 1 milyard dollar və həyat yoldaşı kimi "ölkənin ən gözəl qadınını" tələb edib.
Gundem.today xəbər verir ki, bu barədə "Propakistani" nəşri məlumat yayıb.
General sosial şəbəkədəki paylaşımında bu tələblərin yerinə yetirilməyəcəyi təqdirdə Ankara ilə diplomatik münasibətlərin kəsiləcəyi ilə hədələyib və Türkiyənin Uqandadakı diplomatik nümayəndəliklərinin bağlanacağını bildirib.
O iddia edib ki, Uqandanın Somali ərazisində Afrika İttifaqı missiyaları çərçivəsində uzunmüddətli hərbi iştirakı Türkiyəyə regionda mövqelərini gücləndirməyə imkan verib. Kainerugabanın sözlərinə görə, məhz Uqanda qüvvələrinin təmin etdiyi liman nəzarəti Ankaraya strateji və iqtisadi üstünlüklər qazandırıb və o, indi bu qazancdan pay tələb edir.
Hazırda Türkiyə və ya Somali tərəfindən bu açıqlamaya rəsmi reaksiya verilməyib.
Muhoozi Kainerugaba daha əvvəl də İsraili açıq şəkildə dəstəkləyib. O, martın 26-da İsrailə qarşı təhdid yaranacağı təqdirdə Uqandanın İranla münaqişəyə qoşulmağa hazır olduğunu və lazım gələrsə 100 min hərbçi göndərə biləcəyini bildirib. Ertəsi gün isə Tehranın ələ keçirilməsi üçün ölkəsinə cəmi bir briqada və iki həftə vaxtın kifayət edəcəyini iddia edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaPezeşkian ABŞ ilə razılaşmanın mümkün olduğunu düşünür
İran Prezidenti Məsud Pezeşkian ABŞ hakimiyyəti ilə razılaşmanın mümkün olduğunu bəyan edib.
DünyaBöyük Britaniya Hörmüz boğazında ABŞ missiyasında iştirak etməyəcək
Böyük Britaniya ABŞ-nin Hörmüz boğazındakı hərbi missiyasında iştirak etməyəcək.
DünyaCHP-nin Ankara təşkilatının sədri həbs edilib
Türkiyədə CHP-nin Ankara təşkilatının sədri Ümit Erkol həbs edilib.
DünyaPakistanda sahil mühafizəsi katerinə hücum olub, ölənlər var
Pakistan sahillərində Ərəb dənizində sahil mühafizəsinə məxsus katerə silahlı hücum edilib, nəticədə üç əməkdaş həlak olub.