
Texnologiya dünyada zənginlərin sayını kəskin artırır
Yaxın beş il ərzində qlobal miqyasda milyarderlərin sayının 25% artaraq, hazırkı 3 110 nəfərdən 3 915-ə çatacağı proqnozlaşdırılır.
Yaxın beş il ərzində qlobal miqyasda milyarderlərin sayının 25% artaraq, hazırkı 3 110 nəfərdən 3 915-ə çatacağı proqnozlaşdırılır.
Gundem.today "The Guardian" nəşrinə istinadən xəbər verir ki, ümumi sərvəti 30 milyon dolları aşan şəxslərin - multimilyonerlərin sayında da ciddi artım müşahidə olunur. Belə ki, 2021-ci ildən etibarən bu kateqoriyaya daxil olan insanların sayı 300%-dən çox yüksələrək 713 626 nəfərə çatıb.
"Knight Frank" təşkilatının tədqiqat şöbəsinin müdiri Liam Beylin fikrincə, belə böyük kapitalın formalaşması əsasən texnoloji inkişaf və xüsusilə süni intellektin tətbiqi nəticəsində əldə olunan gəlirlərlə bağlıdır. O vurğulayıb ki, hazırda biznesi böyütmək imkanları tarixdə heç vaxt olmadığı qədər genişdir: "Texnologiya və süni intellekt qısa müddətdə nəhəng sərvət əldə etmək üçün misilsiz potensial yaradıb".
Araşdırmalar ən sürətli artımın neft resursları ilə zəngin olan Səudiyyə Ərəbistanında qeydə alınacağını göstərir. Burada milyarderlərin sayının 23-dən 65-ə yüksəlməsi gözlənilir. Eyni zamanda, bu rəqəmin Polşada 13-dən 29-a, İsveçdə isə 81% artacağı proqnozlaşdırılır.
Zənginlərin coğrafi paylanmasında da ciddi dəyişikliklər gözlənilir. Hazırda Şimali Amerika dünyadakı milyarderlərin təxminən üçdə birinə sahib olsa da, 2031-ci ilə qədər Asiya-Sakit Okean regionunun ön sıraya keçəcəyi və ifrat zəngin şəxslərin 37,5%-nin bu regionda cəmləşəcəyi ehtimal olunur.
Qeyd edək ki, "Oxfam" beynəlxalq xeyriyyə təşkilatının hesabatına görə, ötən il milyarderlərin sayında rekord qeydə alınıb. Tarixdə ilk dəfə olaraq onların ümumi sayı 3 000 nəfəri ötüb, cəmi sərvətləri isə 18.3 trilyon dollara çatıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBöyük Britaniyada hər 80 saniyədə bir nəfərə xərçəng diaqnozu qoyulur
Böyük Britaniyada hər il 403 mindən çox insana xərçəng diaqnozu qoyulur.
DünyaABŞ-nin miqrasiya siyasəti "Şrek" cizgi filmi ilə sintez edildi - MARAQLI VİDEO
Ağ Ev "Şrek" cizgi filmindən bir parçadan və "Smash Mouth" qrupunun "All Star" mahnısından istifadə edərək ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) işinə dair videoçarx hazırlayıb.
Dünyaİnsanları müalicə edən itlər özləri nə hiss edir?
İnsanlar çox vaxt itlərlə vaxt keçirməkdən hüzur tapırlar. Bəs bu dördayaqlı dostlarımız terapevt rolunda çıxış edərkən və insanlara dəstək olarkən həzz alırlarmı? Niderlandlı tədqiqatçılar məhz bu suala cavab tapmaq qərarına gəliblər.
DünyaFransada kriptovalyuta sahiblərinə 90-cı illərin filmlərindəki kimi işgəncə verilir
İlin əvvəlindən bəri Fransada rəqəmsal pul (kriptovalyuta) sahiblərinin qaçırılması ilə bağlı 41 cinayət hadisəsi qeydə alınıb.