
Fransada kriptovalyuta sahiblərinə 90-cı illərin filmlərindəki kimi işgəncə verilir
İlin əvvəlindən bəri Fransada rəqəmsal pul (kriptovalyuta) sahiblərinin qaçırılması ilə bağlı 41 cinayət hadisəsi qeydə alınıb.
İlin əvvəlindən bəri Fransada rəqəmsal pul (kriptovalyuta) sahiblərinin qaçırılması ilə bağlı 41 cinayət hadisəsi qeydə alınıb.
Gundem.today "CoinDesk" nəşrinə istinadən xəbər verir ki, cinayətlər təxminən hər iki yarım gündən bir baş verir və bu tendensiya yerli hakimiyyət orqanlarını təhlükəsizlik tədbirlərini təcili şəkildə gücləndirməyə məcbur edib.
Fransa hazırda "qayka açarı vasitəsilə hücumlar" kimi tanınan zorakılıq hallarının mərkəzinə çevrilib. Bu cinayət növündə qurbanlar fiziki işgəncəyə məruz qalaraq, kriptovalyuta vəsaitlərini cinayətkarların hesabına köçürməyə məcbur edilirlər. Kibertəhlükəsizlik üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, mütəşəkkil dəstələr artıq rəqəmsal cüzdanların texniki zəifliklərini axtarmaq əvəzinə, insanların ictimai profillərini və gündəlik iş rejimlərini izləməyə üstünlük verirlər. Qurbanlara tətbiq edilən zorakılıq üsulları 90-cı illərin kriminal mühitini xatırladır.
Fransa Daxili İşlər Nazirliyinin nümayəndəsi Jan-Didye Berje bildirib ki, nazir Loran Nunyes ilə birlikdə bu növ cinayətlərin qarşısını almaq üçün yeni tədbirlər planı hazırlanır. O əlavə edib ki, artıq minlərlə vətəndaş zorakılığın qarşısının alınması üçün nəzərdə tutulan xüsusi platformada qeydiyyatdan keçib, lakin buna baxmayaraq, hadisələrin sayı artmaqda davam edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTexnologiya dünyada zənginlərin sayını kəskin artırır
Yaxın beş il ərzində qlobal miqyasda milyarderlərin sayının 25% artaraq, hazırkı 3 110 nəfərdən 3 915-ə çatacağı proqnozlaşdırılır.
Dünyaİnsanları müalicə edən itlər özləri nə hiss edir?
İnsanlar çox vaxt itlərlə vaxt keçirməkdən hüzur tapırlar. Bəs bu dördayaqlı dostlarımız terapevt rolunda çıxış edərkən və insanlara dəstək olarkən həzz alırlarmı? Niderlandlı tədqiqatçılar məhz bu suala cavab tapmaq qərarına gəliblər.
DünyaSüni intellekt nüvə silahını əvəzləyəcək - ABŞ şirkətindən gözlənilməz iddia
Pentaqon üçün süni intellekt (Sİ) həlləri hazırlayan ABŞ-nin "Palantir" şirkəti maraqlı bir manifest dərc edib. Sənədə görə, neyroşəbəkələr gələcəkdə nüvə silahını əvəz edərək yeni qlobal çəkindirmə vasitəsinə çevrilə bilər.
DünyaAvropanın ən yaşlı şiri ölüb
Avropada öz növünün ən yaşlı nümayəndəsi hesab edilən "Cibo" adlı şir 27 yaşında ölüb.