
Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma: Dövlət ittihamçısı dəyişdirildi
"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası təxirə düşüb.
"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası təxirə düşüb.
Gundem.today-ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə baş tutacaqdı.
Prosesin təxirə salınmasına təqsirləndirilən şəxsin vəkilinin məhkəməyə təqdim etdiyi videogöruntülərlə bağlı ekspertizanın yekun rəyinin məhkəməyə daxil olmaması səbəb göstərilib.
Bununla yanaşı, cinayət işindəki dövlət ittihamçısı dəyişdirilərək, işə yeni prokuror kimi Elvin Mirzəyev qoşulub.
Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin edilib.
Qeyd edək ki, Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.
Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Elgün Həsənli
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalNamiq Nəbiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
KriminalYeddi nəfərin öldüyü dəhşətli qəzaya görə hökm oxundu - İnadla sükan arxasına keçibmiş
Ötən ilin avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan və 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.
Kriminal15 yaşlı bacısının nişanlısını bıçaqlayan şəxsin məhkəməsi: "Həmcinsi ilə erotik videosu əlimə keçib"
Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
KriminalQız qaçırmışdılar - Dostu azadlıqda, özü həbsdə qaldı
Bakıda sevgilisini qaçırmaqda təqsirli bilinən gənc və ona kömək edən dostunun şikayəti üzrə məhkəmə baxışı başa çatıb.