Son dəqiqə
Fransa Rusiya sərhədi yaxınlığında döyüş təyyarələri yerləşdirib: NATO-nun gizli mesajı nədir?İsrail XİN: "Terror bizi dayandırmayacaq"6 saylı cəzaçəkmə müəssisəsində YANĞIN"Böyük İpək Yolu" beynəlxalq turniri: Millimiz 21 medalla komanda hesabında birinci yeri tutubİtaliya millisinin hədəfindəki BÖYÜK AD - FOTONamiq Nəbiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Kriminal
  3. Yeddi nəfərin öldüyü dəhşətli qəzaya görə hökm oxundu - İnadla sükan arxasına keçibmiş
Yeddi nəfərin öldüyü dəhşətli qəzaya görə hökm oxundu - İnadla sükan arxasına keçibmiş
Kriminal

Yeddi nəfərin öldüyü dəhşətli qəzaya görə hökm oxundu - İnadla sükan arxasına keçibmiş

Bu gün
18:50
0 baxış
Paylaş:

Ötən ilin avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan və 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.

Ötən ilin avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan və 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.

Gundem.today "Teleqraf"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəza zamanı "Mercedes Sprinter" markalı mikroavtobusun sükanı arxasında olan 1989-cu il təvəllüdlü Abbas Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə "Mercedes Sprinter" markalı mikroavtobusun "KamAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində baş verib.

Araşdırma zamanı məlum olub ki, mikroavtobus hadisə zamanı həlak olan Arif Bağırova məxsus olsa da, sükan arxasına Abbas Məmmədov keçib. Onun idarə etdiyi avtomobil Qazax istiqamətində hərəkətdə olarkən, Abbas Məmmədov sükan arxasında yuxuya gedib və nəticədə ağır qəza baş verib.

Qəza nəticəsində Şəadət Bayramov (1992), Bəsti Nəbiyeva (1975), Aydın Pənahov (1977), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itiriblər. Bundan əlavə, mikroavtobusda olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlərin məhkəmədə verdikləri ifadələrə görə, mikroavtobusun sürücüsü Arif Bağırov icazə vermədiyi halda, Abbas Məmmədov təkidlə sükan arxasına keçmək istədiyini bildirib. Qəza baş verən zaman isə Abbas Məmmədov hadisəni törədən şəxsin özü olduğunu əvvəlcə inkar edib və digər şəxsləri günahlandırmağa çalışıb.

Eyni zamanda, Arif Bağırovun oğlu da məhkəmədə ifadə verərək bildirib ki, təqsirləndirilən şəxs ilk dəfə atasının yanında köməkçi sürücü kimi yola çıxıb. Abbas Məmmədovun bu səfərə öz istəyi ilə, yoxsa Arif Bağırovun razılığı ilə qoşulduğu barədə onun dəqiq məlumatı olmayıb.

Qeyd edək ki, məhkəmədə bir nəfər istisna olmaqla, zərərçəkənlərin hüquqi varisləri Abbas Məmmədovu bağışlamayıb və ona ən ağır cəzanın verilməsini tələb ediblər.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Kriminal#Avtomobil_qəzası#Yol-nəqliyyat_hadisəsi#Şəmkir#Ölüm_hadisəsi#Gəncə_Ağır_Cinayətlər_Məhkəməsi

Oxşar Xəbərlər

Namiq Nəbiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildiKriminal

Namiq Nəbiyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edildi

Terroru maliyyələşdirmədə təqsirləndirilən Namiq Nəbiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Bu gün
19:480
Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma: Dövlət ittihamçısı dəyişdirildiKriminal

Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma: Dövlət ittihamçısı dəyişdirildi

"Roşka" ləqəbi ilə tanınan tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası təxirə düşüb.

Bu gün
19:000
15 yaşlı bacısının nişanlısını bıçaqlayan şəxsin məhkəməsi: "Həmcinsi ilə erotik videosu əlimə keçib"Kriminal

15 yaşlı bacısının nişanlısını bıçaqlayan şəxsin məhkəməsi: "Həmcinsi ilə erotik videosu əlimə keçib"

Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını bıçaqlayaraq öldürməyə cəhddə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bu gün
16:360
Qız qaçırmışdılar - Dostu azadlıqda, özü həbsdə qaldıKriminal

Qız qaçırmışdılar - Dostu azadlıqda, özü həbsdə qaldı

Bakıda sevgilisini qaçırmaqda təqsirli bilinən gənc və ona kömək edən dostunun şikayəti üzrə məhkəmə baxışı başa çatıb.

Bu gün
15:281