
"Titanik"dən sağ çıxmış sərnişinin xilasedici jileti hərracda satıldı
1912-ci ildə qəzaya uğramış "Titanik" kruiz laynerinin sərnişininə məxsus xilasedici jilet hərracda 715 min dollara satılıb.
1912-ci ildə qəzaya uğramış "Titanik" kruiz laynerinin sərnişininə məxsus xilasedici jilet hərracda 715 min dollara satılıb.
Gundem.today xəbər verir ki, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat verib.
Məlumata görə, bu, Atlantik okeanında qəzaya uğrayan gəmidən qorunub qalan nadir xilasedici jiletlərdən biridir və İngiltərənin Uiltşir qraflığında yerləşən Divayzis şəhərində ilk dəfə satışa çıxarılıb.
Bildirilir ki, jilet birinci kateqoriyalı sərnişin Lora Meybl Frankatelliyə məxsus olub. O, "Titanik"in aysberqlə toqquşmasından sonra xilasedici qayığa minərkən bu jileti geyinib.
Daha sonra qadın xilasedici qayıqda olan digər sağ qalanlarla birlikdə jilet üzərində imza qoyub. Frankatellinin ailəsi bu əşyanı onilliklər ərzində qoruyub, daha sonra isə onu şəxsi kolleksiyaçı alıb.
Jiletlə yanaşı, hərracda Frankatellinin xilasedici qayıqdakı digər sərnişinlərlə birlikdə əks olunduğu qəzet fotosu və onun qəza barədə yazdığı məktubun surəti də satılıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTrampdan gözlənilməz addım: Xarq adasının ələ keçirilməsi ilə bağlı plan dəyişdi
ABŞ Prezidenti Donald Tramp amerikalı hərbçilər tərəfindən Xarq adasının ələ keçirilməsi planına qarşı çıxıb. O, quru əməliyyatının böyük itkilərə səbəb ola biləcəyindən ehtiyat edib.
DünyaBolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir
Bolqarıstanda növbədənkənar parlament seçkisi keçirilir.
DünyaDirijor milyon dollarlıq skripkanı yerə saldı - VİDEO
Finlandiyada konsert zamanı dirijor təsadüfən solistin əlindən dəyəri bir milyon dollar olan nadir skripkanı yerə salıb.
DünyaSpirtli içkinin ağrılı yan təsiri - Həkim xəbərdarlıq etdi
Alkoqol mədə-bağırsaq traktının işinə mənfi təsir göstərə bilər.