
Premyer Liqa: Bu gün turun son iki qarşılaşması keçiriləcək
Misli Premyer Liqasında bu gün XXVIII turun son iki qarşılaşması keçiriləcək.
Misli Premyer Liqasında bu gün XXVIII turun son iki qarşılaşması keçiriləcək.
Gundem.today xəbər verir ki, əvvəlcə "Kəpəz" "İmişli"ni qəbul edəcək.
Görüş Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Gəncə təmsilçisi turnir cədvəlində 21 xalla 10-cu yerdə qərarlaşıb. "İmişli" isə 26 xalla doqquzuncudur.
Turun son matçı isə Sumqayıtda təşkil olunacaq. Şəhərin eyniadlı komandası "Qəbələ"ni sınağa çəkəcək. Qarşılaşma saat 19:00-da təşkil olunacaq. Hazırda 32 xala malik "Sumqayıt" 7-ci pillədədir. 11-ci yerdə olan "Qəbələ"nin isə 19 xalı var.
Qeyd edək ki, daha əvvəl keçirilən matçlarda "Turan Tovuz" "Araz-Naxçıvan"ı (3:0), "Karvan-Yevlax" "Şamaxı"nı (1:0) üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanAvropa çempionatı: Zelim Kotsoyev turnirə qələbə ilə başladı
Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.
İdmanMessi dubl etdi, komandası qalib gəldi - VİDEO
MLS-in müntəzəm çempionatında "Kolorado Repids" - "İnter Mayami" matçı baş tutub.
İdmanAvropa çempionatının son günündə Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Azərbaycanın daha 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən və bu gün başa çatacaq Avropa çempionatında mübarizəyə başlayacaq.
İdman"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu
Futbol üzrə İspaniya Kubokunun qalibi məlum olub.