
Tovuzda valideynlərinin imtina etdiyi azyaşlılar uşaq evinə yerləşdirildilər
Tovuz rayonunda valideynlərinin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.
Tovuz rayonunda valideynlərinin imtina etdiyi 3 azyaşlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına təhvil verilib.
Gundem.today-ın əldə etdiyi məlumata görə, agentlik əməkdaşları Tovuz Rayon Mərkəzi Xəstəxanasına gələrək, uşaqların yenidən tibbi müayinədən keçirilməsini təşkil ediblər. Daha sonra azyaşlılar xəstəxanadan götürülərək Gəncədəki uşaq evlərindən birinə yerləşdiriliblər.
Uşaqların anası Təranə Ələsgərovanın isə xəstəxanada müalicəsi davam etdirilir.
Xatırladaq ki, Tovuz rayonu Məhəmməd Zeynallı küçəsindəki yataqxanada yaşayan ailə 3 azyaşlı övladından imtina edib. Ailə başçısı Səbuhi Ələsgərovun içki aludəçisi olduğundan ailədə tez-tez mübahisə yaradıb psixi xəstə olan arvadı Təranə Ələsgərovanı və övladlarını döyməsi, işgəncə verməsi barədə məlumat daxil olub.
Araşdırmalar zamanı məlum olub ki, ailənin 3 övladı - 2024-cü il təvəllüdlü İ.Ələsgərov, 2019-cu il təvəllüdlü İ.Ələsgərov, 2018-ci il təvəllüdlü Y.Ələsgərov ataları tərəfindən dilənçiliyə vadar ediliblər.
Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları həmin ünvanda yaşayan ana və 3 övladını Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirmişdilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyətİş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ
Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.
CəmiyyətNardaranda su xətti partlayıb, 22 gündür küçəyə axır - Sakinlərdən NARAZILIQ
Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları ərazisində ciddi kommunal problem yaşanır.
CəmiyyətMəktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır
Məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır.
CəmiyyətSelin apardığı Məşrif körpüsünə alternativ yolun tikintisinə BAŞLANILDI - FOTO
"Siyəzən-Məşrif avtomobil yolunda müvəqqəti alternativ yolun da tikintisinə start verilib".