
Tramp administrasiyasından Livan-İsrail masasına yeni təklif: Detallar məlum oldu
Livan və İsrail nümayəndə heyətləri atəşkəs rejiminin uzadılması şərtlərini müzakirə etmək üçün mayın 13-15-də Vaşinqtonda görüşəcəklər.
Livan və İsrail nümayəndə heyətləri atəşkəs rejiminin uzadılması şərtlərini müzakirə etmək üçün mayın 13-15-də Vaşinqtonda görüşəcəklər.
Gundem.today xəbər verir ki, bu barədə LBCI telekanalı ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Livan nümayəndə heyətinə ABŞ-dəki sabiq səfir Simon Karam rəhbərlik edəcək.
Qeyd edək ki, tərəflər arasında görüşlər ABŞ Prezidenti Donald Tramp Administrasiyasının dəstəyi ilə Dövlət Departamentində keçirilir. Aprelin 14-də baş tutan ilk raunddan sonra aprelin 17-dən etibarən Livanda atəşkəs razılaşdırılıb, aprelin 23-də keçirilən ikinci raundun nəticəsində isə bu rejim üç həftə uzadılıb.
Bildirilir ki, Livan atəşkəsin yenidən uzadılmasını və cənub bölgələrdən qoşunların çıxarılması cədvəlinin hazırlanmasını istəyir. İsrail isə "Hizbullah"ın tam silahsızlaşdırılmasını və uzunmüddətli sülh sazişinin imzalanmasını tələb edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaBlokadaya görə Hörmüz boğazında qalan gəmilərin sayı açıqlanıb
Hörmüz boğazının blokadaya alınmasından bəri ABŞ Silahlı Qüvvələri tərəfindən 52 kommersiya gəmisi saxlanılıb.
DünyaDonald Tramp nümayəndələrini İranla danışıqlara göndərməyəcəyini bəyan edib
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşneri İranla danışıqlara göndərmək niyyətində olmadığını bəyan edib.
Dünya"Hizbullah" komandiri aviazərbə nəticəsində öldürülüb
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta aviazərbə endirib.
DünyaBMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi
İran BMT-yə üzv dövlətləri ABŞ-nin Hörmüz boğazında gəmiçiliklə bağlı təqdim etdiyi qətnamə layihəsini dəstəkləməməyə çağırıb.