
BMT Təhlükəsizlik Şurasında gərginlik: Rusiya və Çindən sonra İran da hərəkətə keçdi
İran BMT-yə üzv dövlətləri ABŞ-nin Hörmüz boğazında gəmiçiliklə bağlı təqdim etdiyi qətnamə layihəsini dəstəkləməməyə çağırıb.
İran BMT-yə üzv dövlətləri ABŞ-nin Hörmüz boğazında gəmiçiliklə bağlı təqdim etdiyi qətnamə layihəsini dəstəkləməməyə çağırıb.
Gundem.today xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin "X" sosial şəbəkə hesabında yayımlanan bəyanatında bildirilib.
"Yeganə real həll yolu müharibənin dayandırılması, dəniz blokadasının aradan qaldırılması və gəmilərin normal hərəkətinin bərpasıdır. Bunun əvəzinə, ABŞ BMT Təhlükəsizlik Şurasında "gəmiçilik azadlığı" bəhanəsi ilə siyasi motivli və qeyri-obyektiv qətnamə layihəsi irəli sürərək öz siyasi gündəmini təşviq etməyə, qanunsuz hərəkətlərini legitimləşdirməyə çalışır", - bəyanatda qeyd olunub.
Tehran üzv dövlətləri təzyiq altında deyil, ədalət və prinsiplər əsasında qərar verməyə, sənədi rədd etməyə və onun həmmüəllifi olmamağa çağırıb.
Xatırladaq ki, bundan əvvəl Bəhreyn tərəfindən təqdim edilən oxşar qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasında qəbul olunmamışdı. Həmin vaxt 11 ölkə layihənin lehinə səs versə də, Rusiya və Çin əleyhinə çıxmış, Pakistan və Kolumbiya isə bitərəf qalmışdı. Daimi üzvlərin "veito" hüququndan istifadə etməsi səbəbindən sənəd qəbul edilməmişdi.
Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, bu layihə beynəlxalq hüquq üçün təhlükəli presedent yarada və İrana qarşı hərəkətlərin davam etdirilməsinə "açıq kart" verə bilər.
Qeyd edək ki, mayın 5-də ABŞ dövlət katibi Marko Rubio yenilənmiş qətnamə layihəsinin artıq BMT Təhlükəsizlik Şurasına təqdim edildiyini açıqlayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ hərbçilərini Litva və Polşada yerləşdirir? - Prezidentlərdən AÇIQLAMA
Almaniyadan çıxarılması planlaşdırılan 5 000 ABŞ hərbçisi Litva və Polşa ərazisində yerləşdirilə bilər.
DünyaBlokadaya görə Hörmüz boğazında qalan gəmilərin sayı açıqlanıb
Hörmüz boğazının blokadaya alınmasından bəri ABŞ Silahlı Qüvvələri tərəfindən 52 kommersiya gəmisi saxlanılıb.
DünyaDonald Tramp nümayəndələrini İranla danışıqlara göndərməyəcəyini bəyan edib
ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşneri İranla danışıqlara göndərmək niyyətində olmadığını bəyan edib.
Dünya"Hizbullah" komandiri aviazərbə nəticəsində öldürülüb
İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyruta aviazərbə endirib.