Son dəqiqə
"Yüksəliş" beynəlxalq kontekstdə: Oxşar proqramlar fonunda milli modelin üstünlükləriYaponiya orduda qadın hərbçilərin sayını artıracaq - SƏBƏBİraq hava məkanını açdıYevlaxda rəisin sürücüsü qəza törədib: 9 yaşlı oğlan iflic olubBir vəkil kollegiyadan çıxarıldı, digəri cərimələndiTrampın ikihəftəlik atəşkəs qərarından sonra qızıl və gümüş bahalaşıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Tramp: "Əgər Vaşinqtonu qane edən razılaşma olmasa, əməliyyatlar yenidən başlaya bilər"
Tramp: "Əgər Vaşinqtonu qane edən razılaşma olmasa, əməliyyatlar yenidən başlaya bilər"
Dünya

Tramp: "Əgər Vaşinqtonu qane edən razılaşma olmasa, əməliyyatlar yenidən başlaya bilər"

Bu gün
14:20
2 baxış
Paylaş:

"Əgər Vaşinqtonu qane edən razılaşma əldə olunmazsa, ABŞ İrana qarşı hərbi əməliyyatlara yenidən başlamağa hazırdır".

"Əgər Vaşinqtonu qane edən razılaşma əldə olunmazsa, ABŞ İrana qarşı hərbi əməliyyatlara yenidən başlamağa hazırdır".

Gundem.today xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın "Sky News" telekanalına verdiyi müsahibədə məlumat verib.

"Biz buna dərhal və çox asanlıqla qayıdacağıq", - deyə o vurğulayıb.

Xatırladaq ki, aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

ABŞ prezidenti "Truth Social" şəbəkəsində yazıb ki, o, Pakistan rəhbərliyinin xahişi ilə, həmçinin Tehranın Hörmüz boğazını tamamilə açması şərti ilə atəşkəsə razı olub. Tramp əlavə edib ki, ABŞ İrandan on tələb alıb və respublikaçının sözlərinə görə, bu tələblər sülh sazişinin əsasını təşkil edə bilər.

ABŞ prezidenti tərəfindən sazişin bağlanması üçün Tehran qarşısında qoyulan son müddət Bakı vaxtı ilə 8 aprel saat 04:00-da başa çatırdı. Tramp bu müddət bitdikdən sonra İrana od yağdıracağı və onu Daş dövrünə qaytaracağı ilə hədələyərək, ölkənin elektrik stansiyalarına, enerji infrastrukturu obyektlərinə və körpülərinə zərbələr endirəcəyinə söz vermişdi.

Tehran isə cavabında söz vermişdi ki, İranın cavab zərbələri nəticəsində bütün region və Səudiyyə Ərəbistanı tam qaranlığa qərq olacaq.

İranın Ali Milli Təhlükəsizlik Şurası atəşkəslə razılaşdığını təsdiqləyib, müvafiq bəyanatı İran XİN rəhbəri Abbas Əraqçı yayımlayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#ABŞ_İran_gərginliyi#Donald_Tramp#hərbi_əməliyyatlar#atəşkəs#Tehran_Vaşinqton#Hörmüz_boğazı#sülh_müqaviləsi#Abbas_Araqçi#Yaxın_Şərq_siyasəti.

Oxşar Xəbərlər

Yaponiya orduda qadın hərbçilərin sayını artıracaq - SƏBƏBDünya

Yaponiya orduda qadın hərbçilərin sayını artıracaq - SƏBƏB

Yaponiya 2030-cu illərin ortalarına qədər orduda qadınların sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Bu gün
15:120
İraq hava məkanını açdıDünya

İraq hava məkanını açdı

İraqın Mülki Aviasiya İdarəsi aprelin 8-dən etibarən hava məkanının açıldığı və bütün aeroportların fəaliyyətinin bərpa edildiyi barədə açıqlama yayıb.

Bu gün
15:000
Trampın ikihəftəlik atəşkəs qərarından sonra qızıl və gümüş bahalaşıbDünya

Trampın ikihəftəlik atəşkəs qərarından sonra qızıl və gümüş bahalaşıb

ABŞ lideri Donald Trampın İranla ikihəftəlik atəşkəs qərarı verməsi qlobal bazarlara təsirsiz ötüşməyib. Belə ki, Nyu-York Ticarət Birjası (NYMEX) və onun alt bölməsi olan "Comex" platformasında qızıl, gümüş, platin və palladium kimi qiymətli metalların füçers dəyərində təqribən 7 faizlik bahalaşma qeydə alınıb.

Bu gün
14:560
Pakistan və Əfqanıstan arasında mühüm razılaşma əldə olunduDünya

Pakistan və Əfqanıstan arasında mühüm razılaşma əldə olundu

Çin Xalq Respublikasının Urumçi şəhərində baş tutan və bir həftə davam edən qeyri-rəsmi danışıqların yekununda Əfqanıstan və Pakistan arasında razılaşma əldə olunub.

Bu gün
14:361