Son dəqiqə
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdiMEDİA: "Azərbaycan ərazisindən raket buraxılması iddiaları əsassızdır" - FOTOİş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏNardaranda su xətti partlayıb, 22 gündür küçəyə axır - Sakinlərdən NARAZILIQSEPAH Pakistanın xahişi ilə Livana hücumları təxirə saldı - FOTO"Qalatasaray"dan ilin transfer "bombası": "Liverpul"un ulduzu Türkiyəyə gələ bilər - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Tramp NATO ölkələrini hədələdi - Hansı Avropa dövlətləri cəzalandırıla bilər?
Tramp NATO ölkələrini hədələdi - Hansı Avropa dövlətləri cəzalandırıla bilər?
Dünya

Tramp NATO ölkələrini hədələdi - Hansı Avropa dövlətləri cəzalandırıla bilər?

Bu gün
14:52
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun Baş katibi Mark Rütte ilə görüşdə alyansa üzv Avropa ölkələrinin Birləşmiş Ştatlara hərbi bazalarını təqdim etmək istəməmələrindən son dərəcə əsəbiləşdiyini diqqətə çatdırıb.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun Baş katibi Mark Rütte ilə görüşdə alyansa üzv Avropa ölkələrinin Birləşmiş Ştatlara hərbi bazalarını təqdim etmək istəməmələrindən son dərəcə əsəbiləşdiyini diqqətə çatdırıb.

Gundem.today-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) nəşri qapalı danışıqlardan xəbərdar olan mənbələrə istinadən məlumat verib.

Mənbənin fikrincə, Tramp İranla müharibəni kifayət qədər dəstəkləməyən Avropa dövlətlərini cəzalandırmaqla hədələyib, lakin görüşdə konkret tədbirləri açıqlamayıb.

Nəşri qeyd edir ki, son həftələrdə ABŞ lideri hərbi bazaların istifadəsini blokladıqlarına və ya öz hava məkanlarını onlara bağladıqlarına görə Avropa paytaxtlarını tənqid edib, eləcə də bəzi NATO ölkələrini ehtiyac olduğu zaman yanında olmamaqda günahlandırıb.

Tramp son günlərdə Böyük Britaniya da daxil olmaqla, Avropa müttəfiqlərini İranla müharibəyə qoşulmaqdan imtina etdiklərinə görə kəskin tənqid edir. Bütün Avropa İttifaqı (Aİ) ölkələri İrana qarşı ABŞ tərəfindən hərbi əməliyyatlarda iştirak etməkdən imtina ediblər. Buna cavab olaraq Amerika lideri Avropa müttəfiqlərini qorxaq adlandırıb və bunu unutmayacağına söz verib. O, həmçinin NATO-nu tənqid edərək, alyansı "kağız pələng" adlandırıb.

Aprelin 1-də "Reuters" agentliyinə verdiyi müsahibədə Tramp NATO-ya qarşı ikrah hissi duyduğunu və ABŞ-nin alyansdan çıxması məsələsini nəzərdən keçirdiyini deyib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Donald_Tramp#NATO#Mark_Rütte#ABŞ#Avropa_ölkələri#İran_böhranı#hərbi_bazalar#Ağ_Ev#Financial_Times#beynəlxalq_siyasət#Avropa_İttifaqı.

Oxşar Xəbərlər

Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdiDünya

Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini ələ keçirdi

Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb.

Bu gün
16:000
SEPAH Pakistanın xahişi ilə Livana hücumları təxirə saldı - FOTODünya

SEPAH Pakistanın xahişi ilə Livana hücumları təxirə saldı - FOTO

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livan ərazisinə edilən hücumlara qarşı planlaşdırdığı cavab tədbirini təxirə salıb.

Bu gün
15:400
Mirzoyan: "Tramp marşrutunu idarə etmək üçün üçüncü ölkələrin köməyinə ehtiyac olacaq"Dünya

Mirzoyan: "Tramp marşrutunu idarə etmək üçün üçüncü ölkələrin köməyinə ehtiyac olacaq"

"Ermənistan "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) layihəsinin reallaşdırılması və gələcək idarəetməsi məqsədilə kənar dövlətlərin dəstəyinə ehtiyac duyacaq".

Bu gün
15:300
Vladikavkazda PARTLAYIŞ: Alovlanan pirotexniki mallar mağazası dəhşət saçıbDünya

Vladikavkazda PARTLAYIŞ: Alovlanan pirotexniki mallar mağazası dəhşət saçıb

Rusiya Federasiyasının Vladikavkaz şəhərinin Avqustovskix Sobiti küçəsində güclü partlayış qeydə alınıb. İlkin ehtimala görə, hadisə pirotexniki mallar (fişəng) mağazasında baş verib.

Bu gün
15:100