
Moskvadakı Britaniya səfirliyində əcnəbi casus aşkarlandı - FOTO
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva səfirliyində britaniyalı casus aşkar ediblər.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Moskva səfirliyində britaniyalı casus aşkar ediblər.
Gundem.today-ın xəbərinə görə, bu barədə "RİA Novosti" səfirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat verib.
"Səfirliyin ikinci katibi, 1 iyun 1996-cı il doğumlu Yans van Rensburq Albertus Cerardus kəşfiyyat-təxribatçı fəaliyyətlə məşğul olub. FTX müəyyən edib ki, o, Rusiyaya giriş üçün icazə əldə edilməsi zamanı qəsdən yalan məlumat təqdim edib. Məlum olub ki, britaniyalı artıq Rusiyanın təhlükəsizliyini təhdid edə biləcək həssas məlumatlar toplamaq üçün Rusiyanın iqtisadiyyat sahəsində ekspertləri ilə qeyri-rəsmi görüşlər keçirib", - deyə xəbərdə bildirilir.
Yans van Rensburq artıq akkreditasiyasından məhrum edilib və iki həftə ərzində Rusiyanı tərk etməlidir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİranda hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub
İranda "İran Xalq Mücahidləri Təşkilatı" ("Mücahid-e Xalq") terror qruplaşması ilə əlaqəli olan, hökumət əleyhinə iğtişaşlarda iştirak edən iki nəfər edam olunub.
DünyaGünəşdə güclü partlayış baş verib
Bazar ertəsi səhər saatlarında Günəşdə ən yüksək " X" sinfinə aid partlayış qeydə alınıb. Bu, fevralın əvvəlindən bəri müşahidə olunan belə kateqoriyalı ilk alışmadır.
DünyaTramp: "İran ABŞ-nin tələblərini qəbul etməyə razıdır" – Sülh yaxınlaşır? - VİDEO
ABŞ lideri Donald Tramp rəsmi Tehranın Vaşinqtonun şərtlərinin böyük bir qismini icra etməyə razılaşdığını bəyan edib.
Dünyaİspaniya hava məkanını məhdudlaşdırdı: Hansı təyyarələrin uçuşuna icazə verilməyəcək?
İspaniya ABŞ-nin İrana qarşı əməliyyatlarında iştirak edən təyyarələrə öz hava məkanını bağlayıb.