
Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.
ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının üzvləri təhlükəsizlik təhdidi səbəbindən şənbə günü "Washington Hilton" hotelində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyindən təxliyə ediliblər.
Gundem.today yerli KİV-ə istinadən xəbər verir ki, hoteldə atəş səsləri eşidilib.
Məxfi Xidmət yüzdən çox insanın Trampın çıxışını gözlədiyi banket zalını mühasirəyə alıb. Orada olanlardan bəziləri beşdən səkkizə qədər atəş səsi eşitdiklərini bildiriblər. Atəş açan şəxs özü zala daxil olmayıb, hadisə hotelin digər otaqlarından birində baş verib.
Tədbirdə iştirak edənlər arasında Trampdan başqa, birinci xanım Melaniya Tramp, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, hərb naziri Pit Heqset və ABŞ dövlət katibi Marko Rubio da olublar. Bütün dəvətlilər təxliyə ediliblər.
Daha sonra D.Tramp Məxfi Xidmətin atəş açan şəxsi saxladığını bildirib. Şübhəlinin Kaliforniya ştatının sakini, 31 yaşlı Koul Tomas Allen olduğu müəyyən edilib.
"Vaşinqton, Kolumbiya dairəsində hadisələrlə dolu bir axşam. Məxfi Xidmət və hüquq-mühafizə orqanları fantastik iş gördülər. Onlar cəld və mərdliklə hərəkət etdilər. Atıcı saxlanılıb və mən "şounu davam etdirməyi" tövsiyə etdim, lakin tamamilə hüquq-mühafizə orqanlarının tövsiyələrini rəhbər tutacağam", - deyə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb və atəş açdığı ehtimal edilən şəxsin fotosunu paylaşıb.
Atışmadan bir müddət sonra Tramp mətbuat konfransı keçirib. O, hücum edənin bir neçə ədəd silahı olduğunu və güllənin Məxfi Xidmət əməkdaşlarından birinə dəydiyini, lakin onu zirehli gödəkçənin qoruduğunu bildirib.
Trampın sözlərinə görə, insidentlə əlaqədar jurnalistlərlə görüşün təxirə salınmasına qərar verilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaKolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı - VİDEO
Kolumbiyada Panamerika şosesində baş vermiş partlayış nəticəsində yeddi nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
DünyaTrampın iştirakı ilə keçirilən tədbirdə atəş açan şəxs İranla bağlantılı olub?
ABŞ Prezidenti Donald Tramp "Washington Hilton" hotelində Ağ Evin nəzdindəki Müxbirlər Assosiasiyasının tədbiri zamanı baş vermiş atışmanın ABŞ-nin İrana qarşı hərbi əməliyyatı ilə bağlı olmasına şübhə ilə yanaşıb.
DünyaHindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblar
Hindistanın paytaxtı Yeni Delhidən İsveçrənin Sürix şəhərinə uçan "Swiss" aviaşirkətinə məxsus təyyarədən qəza təxliyəsi nəticəsində altı sərnişin xəsarət alıb.
DünyaHindistanda təyyarədən təxliyə zamanı sərnişinlər xəsarət alıblar - VİDEO
Hindistanın paytaxtı Yeni Delhidən İsveçrənin Sürix şəhərinə uçan "Swiss" aviaşirkətinə məxsus təyyarədən qəza təxliyəsi nəticəsində altı sərnişin xəsarət alıb.