Son dəqiqə
Vaşinqtonda atışma baş vermiş hoteldə başqa ABŞ prezidenti də hücuma məruz qalıbmışXəzər dənizində zəlzələ baş veribUkraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını başa vurmasından danışıbDaşkəsən və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVADaşqın baş vermiş ərazidə Kür çayının səviyyəsi ENDİ - VİDEOTrampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb
Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb
Dünya

Trampın olduğu tədbirdə atəş açan şəxslə bağlı maraqlı detallar üzə çıxıb

Bu gün
11:12
0 baxış
Paylaş:

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen olduğu müəyyən edilib.

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen olduğu müəyyən edilib.

Gundem.today xəbər verir ki, bu barədə CNN və "New York Post" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

*Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı - FOTO/VİDEO

*Trampın iştirak etdiyi qəbulda atəş açan şəxsə qarşı ittiham irəli sürülüb

K.Allen 2017-ci ildə Kaliforniya Texnologiya İnstitutunun məzunu olub. O, maşınqayırma sahəsində bakalavr dərəcəsinə malikdir. Tələbəlik illərində əlil arabaları üçün təcili tormozlama sisteminin tərtibatçısı kimi hətta yerli xəbərlərə də düşüb.

"LinkedIn" profilinə görə, K.Allen repetitorluqla məşğul olan "C2 Education" şirkətində çalışıb. 2024-cü ilin dekabrında təşkilat hətta onu "ayın müəllimi" seçib. Pedaqogika ilə yanaşı, o, videooyunların hazırlanması ilə də maraqlanıb: 2018-ci ildə "Steam" platformasında hələ də 1.99 dollara satılan fərdi layihəsini buraxıb.

Məlum olub ki, K.Allen demokratlara rəğbət bəsləyir. Federal Seçki Komissiyasının məlumatına görə, o, 2024-cü ilin oktyabrında Kamala Harrisin prezidentlik kampaniyasına 25 dollar ianə edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Donald_Tramp#Amerika_Birləşmiş_Ştatları_(ABŞ)#Ağ_Ev#Kamala_Harris

Oxşar Xəbərlər

Vaşinqtonda atışma baş vermiş hoteldə başqa ABŞ prezidenti də hücuma məruz qalıbmışDünya

Vaşinqtonda atışma baş vermiş hoteldə başqa ABŞ prezidenti də hücuma məruz qalıbmış

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi şam yeməyindəki atışma keçmişdə ölkənin 40-cı prezidenti Ronald Reyqana sui-qəsdin törədildiyi hoteldə baş verib.

Bu gün
12:000
Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıbDünya

Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıb

ABŞ Prezidenti Donald Trampın "Washington Hilton" hotelində iştirak etdiyi tədbirdə atəş açmaqda şübhəli bilinən Koul Tomas Allen bəyan edib ki, onun hədəfi dövlət başçısının özü deyil, administrasiya rəsmiləri olub.

Bu gün
10:480
Monqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olunduDünya

Monqolustanda güclü zəlzələ baş verdi, Çində də hiss olundu

Monqolustanda 6.0 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu gün
10:360
Kolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı - VİDEODünya

Kolumbiyada terror aktı: Yeddi ölü, 20-dən çox yaralı - VİDEO

Kolumbiyada Panamerika şosesində baş vermiş partlayış nəticəsində yeddi nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Bu gün
10:120