
Trampın Qəzza planında qeyri-müəyyənlik: HƏMAS silahı nə vaxt təhvil verəcək?
ABŞ Fələstinin radikal HƏMAS qruplaşmasının Vaşinqtonun irəli sürdüyü sülh təşəbbüsü çərçivəsində silahı yerə qoyması üçün konkret son müddət müəyyən etməyib.
ABŞ Fələstinin radikal HƏMAS qruplaşmasının Vaşinqtonun irəli sürdüyü sülh təşəbbüsü çərçivəsində silahı yerə qoyması üçün konkret son müddət müəyyən etməyib.
Gundem.today xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
HƏMAS-ın tərksilah olunması Prezident Donald Trampın Qəzza zolağındakı böhranın həlli üçün hazırladığı sülh planının növbəti mərhələsinə keçmək baxımından Tel-Əviv və Vaşinqtonun əsas tələblərindən biridir. Buna baxmayaraq, proses hazırda faktiki olaraq dayandırılıb və Ağ Ev qruplaşmaya silahları tez təhvil verməsi üçün təzyiq göstərmir.
Bununla belə, AP-yə danışan mənbə bildirib ki, ABŞ-nin bu məsələ ilə bağlı səbri tükənməz olmayacaq.
Bununla belə, tərksilah üçün dəqiq vaxtın müəyyən edilməməsi HƏMAS-ın bu istiqamətdə təcili qərar verməməsinə səbəb olur.
Xatırladaq ki, yanvarın 14-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Qəzza üzrə sülh planının ikinci mərhələsinin başladığını açıqlayıb. Sənəddə Fələstin qruplaşmalarının tərksilahı, İsrail ordusunun bölgədən çıxarılması, beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi və Qəzza zolağında yeni idarəetmə orqanlarının yaradılması nəzərdə tutulur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran 10 bəndlik planı gələcək sülh danışıqlarının əsası adlandırdı
İranın 10 bənddən ibarət planı Yaxın Şərqdə sülh nizamlanması üzrə gələcək danışıqlar üçün əsas olacaq.
DünyaRusiyada keçmiş nazir müavini 19 il həbs cəzası aldı
Rusiya müdafiə nazirinin keçmiş müavini, ehtiyatda olan ordu generalı Pavel Popov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Dünyaİstanbula güclü dolu yağdı: Maraqlı görüntülər - FOTO - VİDEO
Türkiyənin İstanbul şəhərinə güclü yağış, ardınca dolu yağıb.
Dünyaİsrail Trampın istəyi ilə Livana hücumları məhdudlaşdıracaq
İsrail Livana hücumları dayandırmaq niyyətində deyil, lakin ABŞ Prezidenti Donald Trampın istəyinə uyğun olaraq əməliyyatların miqyasını məhdudlaşdıracaq.