
Naxçıvanda söyüş söyən tiktoker CƏRİMƏLƏNDİ
"TikTok" sosial şəbəkəsində söyüş söyən şəxs məsuliyyətə cəlb olunub.
"TikTok" sosial şəbəkəsində söyüş söyən şəxs məsuliyyətə cəlb olunub.
Gundem.today Lent.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini, 29 yaşlı Sadiq Göyüşov (ad və soyad şərtidir) "TikTok" sosial şəbəkəsində paylaşdığı videoda əxlaqsız ifadələr işlədərək ictimai mənəviyyatı təhqir edib.
Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Üç uşaq atası olan tiktoker törətdiyi əməldən peşman olduğunu və bunun pozuntu olmasından xəbəri olmadığını deyərək barəsində yüngül cəza verilməsini xahiş edib. O, həmçinin videonu tanışlarına göstərmək üçün paylaşdığını bildirib.
Məhkəmənin hökmü ilə onun barəsində 700 manat inzibati cərimə cəzası təyin edilib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
KriminalPaytaxtda ƏMƏLİYYAT: İki narkotacir 42 kiloqram marixuana ilə YAXALANDI - ANBAAN GÖRÜNTÜ
Paytaxtda 42 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.
KriminalSevgilisini xüsusi amansızlıqla öldürən iş adamı ilə bağlı YENİ QƏRAR
Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti proses keçirilib.
KriminalTaleh Heydərovun 1 milyon manatdan çox pulunu ələ keçirməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Kəmaləddin Heydərovun oğlu Tale Heydərova yalan vəd verərək onun 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirləndirilən İntiqam Səfərəliyevin məhkəməsi başlayıb.
KriminalVüsal Şilderin qətlini sifariş edən şəxs Azərbaycana GƏTİRİLDİ - FOTO
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilmiş və hazırda yeri müəyyən edilən daha bir şəxsin aprelin 10-da Azərbaycana ekstradisiyası həyata keçirilib.