Son dəqiqə
Çində ürəyi 40 saatdan çox dayanan kişi sağ qalıbDubayda "Qızıl xətt" adlı yeni metro xətti tikiləcəkYaş ötdükcə dəri prosedurlarının effektivliyi niyə azalır?Dünyanın ən yaşlı rahibəsi 113 yaşını qeyd edib - VİDEOTürkiyə Estoniyada silah zavodu inşa edəcəkSakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Türkiyə Estoniyada silah zavodu inşa edəcək
Türkiyə Estoniyada silah zavodu inşa edəcək
Dünya

Türkiyə Estoniyada silah zavodu inşa edəcək

Bu gün
03:16
0 baxış
Paylaş:

Türkiyənin "Arca" hərbi sənaye müəssisəsi Estoniyada minaatan və artilleriya mərmiləri istehsalı üzrə yeni zavod inşa edəcək.

Türkiyənin "Arca" hərbi sənaye müəssisəsi Estoniyada minaatan və artilleriya mərmiləri istehsalı üzrə yeni zavod inşa edəcək.

Gundem.today xəbər verir ki, bu barədə Estoniya Müdafiə İnvestisiya Mərkəzi bildirib.

Xəbərə görə, rəsmi sənədin may ayının ilk günlərində Türkiyədə imzalanması nəzərdə tutulur.

Estoniyanın müdafiə naziri Hanno Pevkur qeyd edib ki, böyükçaplı mərmi istehsalı zavodunun qurulması Estoniyanın hərbi gücünün və sursat sənayesinin gələcək inkişafında önəmli mərhələdir.

Müəssisədə 155 millimetrlik artilleriya mərmilərinin, fərqli kalibrli minaatan sursatlarının və 122 millimetrlik raketlərin istehsalı nəzərdə tutulub. Türkiyə şirkətinin Estoniyada fəaliyyət göstərən törəmə müəssisəsi bu layihəyə 300 milyon avro həcmində investisiya yatıracaq. İstehsalat prosesinə 2028-ci ildə start verilməsi gözlənilir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Litva və Latviya Almaniyanın Düsseldorf şəhərində mərkəzləşən "Rheinmetall" hərbi sənaye nəhəngi ilə analoji razılaşmalar əldə ediblər. Lakin Estoniya alman şirkətinin təklifini qəbul etməyərək hərbi zavodun inşası üçün açıq tender həyata keçirib. H.Pevkurun daha öncəki bəyanatlarına əsasən, "Rheinmetall" bu tenderə qatılmayıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Almaniya#Türkiyə#Estoniya#Silah_istehsalı

Oxşar Xəbərlər

Çində ürəyi 40 saatdan çox dayanan kişi sağ qalıbDünya

Çində ürəyi 40 saatdan çox dayanan kişi sağ qalıb

Çində Çjeczyan Universitetinin həkimləri ürəyi faktiki olaraq 40 saatdan çox dayanmış pasiyenti xilas ediblər.

Bu gün
04:420
Dubayda "Qızıl xətt" adlı yeni metro xətti tikiləcəkDünya

Dubayda "Qızıl xətt" adlı yeni metro xətti tikiləcək

Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktum "Qızıl xətt" adlandırılan yeni metro xəttinin tikintisini elan edib.

Bu gün
04:180
Yaş ötdükcə dəri prosedurlarının effektivliyi niyə azalır?Dünya

Yaş ötdükcə dəri prosedurlarının effektivliyi niyə azalır?

40 yaşdan etibarən kosmetoloji prosedurlardan sonra dərinin bərpaolunma qabiliyyəti zəifləyir.

Bu gün
04:000
Dünyanın ən yaşlı rahibəsi 113 yaşını qeyd edib - VİDEODünya

Dünyanın ən yaşlı rahibəsi 113 yaşını qeyd edib - VİDEO

ABŞ vətəndaşı, dünyanın ən yaşlı rahibəsi sayılan Frensis Piskatella 113 yaşını qeyd edib.

Bu gün
03:440