
Türkiyə futbolunda cəza yağışı: Nəhənglər milyonlarla lirə cərimələndi
Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) Superliqanın aparıcı klubları - "Qalatasaray", "Fənərbağça" və "Trabzonspor"la bağlı sərt qərarlar qəbul edərək, onlara müxtəlif qayda pozuntularına görə intizam cəzaları kəsib.
Türkiyə Peşəkar Futbol İntizam Komitəsi (PFDK) Superliqanın aparıcı klubları - "Qalatasaray", "Fənərbağça" və "Trabzonspor"la bağlı sərt qərarlar qəbul edərək, onlara müxtəlif qayda pozuntularına görə intizam cəzaları kəsib.
Gundem.today xəbər verir ki, "Qalatasaray" klubu "Trabzonspor"la səfərdə baş tutan qarşılaşmada azarkeşlərin qeyri-etik şüarlarına görə 1 milyon 240 min lirə (47.2 min manat) məbləğində cərimələnib.
Bununla yanaşı, qonaq komanda tribunasında yer alan bəzi tərəfdarların bilet kartlarına da blok qoyulub.
"Trabzonspor" isə eyni qarşılaşmada meydandakı insidentlər, anons sistemi ilə bağlı qayda pozuntusu və təhqiramiz şüarlar kimi bir neçə fərqli səbəbə görə yüz minlərlə lirəlik cərimələrlə üzləşib. Bununla yanaşı, klubun futbolçusu Boran Başkana da ayrıca olaraq 120 min lirə (4 600 manat) məbləğində pul cəriməsi tətbiq edilib.
"Fənərbağça" komandası "Beşiktaş"la gərgin keçən derbi matçında baş verən meydan insidentləri səbəbindən 220 min lirə (8 400 manat) məbləğində cəriməyə məruz qalıb.
Eyni zamanda, müəyyən tribunalardakı azarkeşlərin elektron biletlərinin istifadəsi də məhdudlaşdırılıb.
"Beşiktaş" klubu "Fənərbağça" derbisinin ardınca səsləndirilən bəyanatlara görə 2 milyon 700 min lirəlik (103 min manat) ağır pul cəzası alıb. Klub əlavə olaraq aşağıdakı sanksiyalarla üzləşib:
- Qeyri-etik şüarların səsləndirilməsinə görə 1.24 milyon lirə (47.2 min manat), meydanda baş verən insidentlərə görə 220 min lirə (8 400 manat) cərimə ödəyəcək.
- Klub rəhbəri Serdal Adalıya 21 günlük hüquqlardan məhrumetmə və 2.8 milyon lirə (106.7 min manat) məbləğində pul cəzası kəsilib.
- Futbolçulardan Çerni 500 min lirə (19 min manat), Aqbadu isə 1 milyon lirə (38 min manat) məbləğində cərimə ediliblər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanNBA tarixində İLK: Təkrarolunmaz məhsuldar ötürmə
"Los-Anceles Leykers"in müdafiəçisi Bronni Ceyms Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatı çərçivəsində "Qolden Steyt Uorriors"a qarşı keçirilən səfər matçında atası Lebron Ceymsə məhsuldar ötürmə edib.
İdmanTərcüməçinin hərəkəti "Səbail"ə baha başa gəldi
AFFA İntizam Komitəsinin qərarı ilə I Liqa təmsilçisi "Səbail" 2610 manat cərimələnib, tərcüməçisi cəzalandırılıb. Oyunçusu qovulan "Şahdağ Qusar" da ziyana düşüb. Təfərrüatlar xəbərimizdə.
İdmanAzərbaycan millisindən ayrılan Fernandu Santuş dünya çempionatına yollana bilər
Bu il keçiriləcək futbol üzrə dünya çempionatının başlanmasına az vaxt qalmış Qana Futbol Assosiasiyası (GFA) milli komandanın sükanı arxasına yeni mütəxəssis gətirmək üçün hərəkətə keçib. Otto Addonun istefasından sonra baş məşqçi postu uğrunda üç məşhur portuqaliyalı çalışdırıcının namizədliyi aktiv şəkildə müzakirə olunur.
İdmanYaya Ture 2009-cu il finalının sirlərini açdı: "Messinin "saxta doqquz" rolu bizi uçurdu"
"Barselona" klubunun keçmiş ulduzu Yaya Ture 2009-cu ildə UEFA Çempionlar Liqasının həlledici final qarşılaşması barədə maraqlı xatirələrini bölüşüb.