
Məktəbdə valideyni döyən müəllim CƏZALANDIRILDI
Biləsuvarda təhsil müəssisəsində insident olub.
Biləsuvarda təhsil müəssisəsində insident olub.
Gundem.today Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırmandalı kəndində yerləşən orta məktəbdə baş verib.
Orada çalışan 44 yaşlı müəllim Afiq Axundov ilə Fariz (adlar və soyad şərtidir - red.) adlı valideyn arasında mübahisə olub. Qida satışı olan hissədə mübahisə zamanı Afiq müəllim Farizin diz nahiyəsinə zərbə vurub, sonra onlar əlbəyaxa olaraq yerə yıxılıblar. Bu zaman Fariz bir sıra xəsarətlər alıb və xəstəxanaya müraciət edib.
Faktla bağlı Afiq Axundov saxlanılıb və barəsində prokurorluq tərəfindən inzibati protokol tərtib olunub.
Haqqında inzibati xəta üzrə icraat aparılan Afiq Axundov bildirib ki, Fariz direktor müavininin otağına girərək yüksək tonla danışıb. Xanımla belə danışmamalı olduğunu bildirəndə isə Fariz onu söyüb. Bundan sonra müəllim əsəbiləşərək otaqdan çıxıb. Fariz onun arxasınca qida satışı hissəsinə gəlib və Afiqin orada əyləşib çay içdiyini görüb. Burada tərəflər arasında mübahisə, daha sonra dava olub.
Zərərçəkən isə bildirib ki, oğlunun digər şagirdlərlə dalaşdığını görüb və onları ayırıb. Sonra bu barədə direktor müavini ilə danışmağa gedib. Bu zaman Afiq adlı müəllimlə arasında məlum hadisə baş verib. Zərərçəkən ifadəsində Afiq müəllimin cəzalandırılmasını xahiş edib.
Məhkəmənin qərarı ilə Afiq Axundov 300 manat məbləğində cərimələnib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
HadisəAzərbaycanda vulkan püskürüb - FOTO
9 aprel 2026-cı il tarixində Abşeron yarımadasında yerləşən Bozdağ-Güzdək palçıq vulkanında növbəti püskürmə qeydə alınıb. Püskürmə Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb.
HadisəBakıda qaydanı pozan sürücü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib.
HadisəAli Məhkəmədən QƏRAR: "Mənzil yoxdur" bəhanəsi tikinti şirkətini məsuliyyətdən azad etmir
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və icra mümkünsüzlüyü hallarında borclunun məsuliyyəti ilə bağlı vahid məhkəmə təcrübəsi müəyyən edib.
Hadisəİsmayıllıda 84 yaşlı qadının meyiti tapıldı
İsmayıllı rayonunda yaşlı qadının meyiti tapılıb.